Nida.az
Əri Suriyaya gedən azərbaycanlı qadınların ŞOK BİRLİYİ - “Qara paltarlılar”
Azərbaycanda ərləri Suriyaya gedən qadınlar birlik yaradıb.
Publika.az-a daxil olan məlumata görə, Şimal bölgəsində “Qara
paltarlı qadınlar” adı altında qeyri-rəsmi birlik yaranıb. Bura
ərləri Suriyaya getmiş qadınlar, eləcə də Suriya cihadını
dəstəkləyən əqidə sahiblərinin həyat yoldaşları daxildir.
Məlumata görə, birliyə qadınlardan biri rəhbərlik edir. Lakin həmin şəxs haqqında dəqiq məlumatlar əldə edə bilməmişik.
Bu birliyin çeçen təcrübəsi əsasında yarandığı deyilir. Belə ki,
vaxtilə Çeçenistanda “Qara paltarlı dul qadınlar” təşkilatı
fəaliyyət göstərirdi. Bu təşkilata ərləri Rusiya ilə müharibədə
öldürülmüş qadınlar daxil idi. Onlar Rusiya qoşunlarına qarşı
silahlı mübarizə aparırdı.
Qeyd edək ki, Suriyaya gedən azərbaycanlılar əsasən çeçenlərin
çoxluq təşkil etdiyi “Qafqaz əmirliyində” təmsil olunur. Bu
baxımdan, çeçen təcrübəsi əsasında belə bir təşkilatın
yaradılmasının səbəbləri müəyyən mənada aydın olur.
Məlumata görə, Azərbaycanda yaradılan eyni tipli təşkilat Xudat
şəhəri, eləcə də Qusar rayonunda daha geniş fəaliyyət
göstərir.
Burda təmsil olunan qadınlar ümumi yığıncaqlar keçirir, ərləri Suriyaya gedənlərə dəstək olur, həmçinin, ümumi həmrəylik nümayiş etdirirlər.
Məsələni diqqətdə saxlamağa çalışacağıq.
Asif Nərimanlı
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Rəsmi xronika14:43İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - VİDEO
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb


































.jpg)


