Nida.az
Zelenski Azərbaycana təşəkkür etdi - FOTO/YENİLƏNDİ
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.
Publika.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.
Ceyhun Bayramov Prezident Volodimir Zelenskiyə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədirilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini qeyd edib.
Nazir, həmçinin Prezident Volodimir Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.
Honored to be received by President @ZelenskyyUa during my official visit to #Ukraine.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) August 6, 2026
We held comprehensive discussions on the current state and future prospects of the Azerbaijan-Ukraine Strategic Partnership, with particular focus on political dialogue, energy, transport,… pic.twitter.com/hsoQu347fs
xxx
20:45
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib və onunla müdafiə və iqtisadi əməkdaşlığı müzakirə edib.
Publika.az xəbər verir ki, bu barədə V. Zelenski "Telegram" kanalında bildirib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın işğalı başlayandan bəri Ukraynaya ilk dəfədir səfər edir. O, səfərinə İrpendən başlayıb və Azərbaycanın yardım göstərdiyi məktəb, xəstəxana, reabilitasiya mərkəzində olub. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə buraya gəlməyə və bizi dəstəkləməyə imkan tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyə görə təşəkkür edirəm", - o yazıb.
V. Zelenski Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Moskvanın taxıl dəhlizlərini bloklaması barədə C. Bayramovu məlumatlandırıb.
Tərəflər yüksəksəviyyəli diplomatik təmasları, müdafiə əməkdaşlığını, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahəsində iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
"Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdaram", - Zelenski deyib.
-
İdman21:12UEFA Konfrans Liqası: "Dinamo" - "Qarabağ" matçında hesab açıldı - YENİLƏNİR
-
Kriminal20:36Sevgilisinə qoşulub qaçan evli qadının DƏHŞƏTLİ SONU - Meyiti çamadanda tapıldı
-
İdman19:36Messi qollarının sayını 921-ə çatdırdı - VİDEO
-
Sosial19:12Məşhur şəlaləyə gedən yola buna görə şlaqbaum qoyulub - VİDEO/YENİLƏNDİ
-
Sosial19:00"Bəniz"ə 10 il 3 ay həbs cəzası verildi
-
İdman18:48Vinisiusun "Real Madrid"dəki taleyi bəlli oldu
-
Magazin217:34Məşhur aktrisa Ərdoğandan kömək istədi: "Gecələr yata bilmirəm" - FOTO
-
Yaxın Şərq15:50ABŞ və İran danışıqlarında həlledici mərhələ: Razılaşma yaxındır











.jpg)















.jpg)
.jpg)







