Nida.az
Komitə sədri: “Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi zəruri idi”
Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə ötən gün Prezident İlham Əliyev tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalanmasına münasibət bildirib.
Komitə sədri A.Rəhimzadə Publika.az-a açıqlamasında deyib ki, Prezidentin imzaladığı bütün sənədlər Azərbaycan xalqının mənafeyi üçün atılan addımdır: “Çünki bu sənədlər əvvəlcə düşünülür, sonra da qəbul edilir. Bütün bunların hamısı Azərbaycanda insanların sosial rifahının yüksəldilməsinə yönələn sənədlərdir”.
A.Rəhimzadə qeyd edib ki, indiyədək həqiqətən bələdiyyə torpaqları ilə bağlı xəritələrin hazırlanmasında, sərhədlərin nizamlanmasında və digər məsələlərdə müəyyən çətinliklər var idi: “Bu çətinliklər ondan irəli gəlirdi ki, dövlət əmlakı ilə bələdiyyə torpaqları bir-birinə qarışmışdı, bunu ayırmaq əksər hallarda çətin olurdu. Biz əvvəllər də qeyd edirdik ki, bəzi bələdiyyələrin, xüsusilə də şəhər bələdiyyələrində onlara aid olan torpaqlar özlərinə verilməyib, heç onlar dəqiq bilmir ki, öz əraziləri haradır. Hesab edirəm ki, dövlət başçısı tərəfindən imzalanan bu fərman bütün bu cür məsələlərin tezliklə həllinə təkan verəcək. Yəni bu cür məsələlərlə bağlı həlletmə işi bir əldə cəmləşəcək, bir təşkilat tərəfindən həll ediləcək. Bu da insanlar üçün çox asanlaşacaq və həlletmə prosesi də qısalacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindəki həmin strukturlar da ləğv olunmur, sadəcə, həmin qurumlar başqa bir nazirliyə tabe olacaq. Bütün bunlar bir əldə cəmləşəcək”.
Vasif Həsənli
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi









.jpg)





























