Nida.az
Qarabağ danışıqlarında yenilik - ABŞ bu variantı təklif edir
“Həmsədrlərin regiona səfəri təmas xəttində baş verən gərginliyin azalmasına töhfə verə bilər. Biz baş verənlərdən narahatıq”.
Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk
qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan mediasına
açıqlamasında deyib.
Amerikalı həmsədr münaqişənin həlli üçün müsbət atmosferin
yarandığını deyib. Onun sözlərinə görə, prezidentlərin bir-biri ilə
danışıq aparması bunu deməyə əsas verir: “Münaqişənin konkret həlli
haqda danışa bilməsək də, hələlik yaxşı xəbər kimi bunu deyə
bilərik. Tərəflər sülh danışıqlarını davam etdirməkdə və təmas
xəttindəki gərginliyin azalmasında maraqlıdır”.
C. Uorlik qeyd edib ki, prezidentlər arasında dialoq mühitinin ən
yaxşı variantı Paris görüşündə yaranıb: “Bunun davam etməsi haqda
razılıq var idi. Lakin sonradan təmas xəttində baş verənlər mənfi
tendensiyalar yaratdı. Bizim məqsədimiz dialoq mühitinin yenidən
yaranması və daha da möhkəmlənməsidir”.
Amerikalı həmsədr münaqişənin həllinin təkcə prezidentlərdən asılı
olmadığını dilə gətirib.
“Bir çox münaqişələrin təcrübəsi deməyə əsas verir ki, Dağlıq
Qarabağ münaqişəsinin həlli təkcə İlham Əliyev və Serj Sarkisyandan
asılı deyil. Hesab edirik ki, münaqişəyə baxışı bir qədər dəyişək.
Yəni status, koridor kimi çətin sualları hələlik bir kənara qoyaq.
Əlaqələrin bərpası, kommunikasiya vasitələrinin formalaşması kimi
daha asan proseslərdən başlayaq və nəticədə bu gün çətin hesab
olunan məsələlərdə ortaq mövqe tapılacaq. Bu məsələni hər iki
prezidentin dəstəkləməsinə nail olmağa çalışacağıq. Çünki
kommunikasiyalar münaqişələrin həllində daha etibarlı variant kimi
özünü göstərir”, - deyə Uorlik qeyd edib.
Asif Nərimanlı
-
Nəqliyyat21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu








.jpg)




























