Nida.az
Müsavatı bərpa edənlərdən kimlər qalıb, kimlər gedib? - STATİSTİKA
Müsavat Partiyasının bərpa mərkəzindən gedənlərin siyahısı açıqlanıb.
Publika.az xəbər verir ki, Qubad İbadoğlunun
tərəfdarları 1992-ci ildə Müsavatın bərpasında iştirak etmiş,
hazırda partiyada olmayanların siyahısını açıqlayıb.
Abbas Abdulla, Aydın Balayev, İbrahim İbrahimli, Nəsib Nəsibzadə,
Niyazi İbrahimli, Niyazi Mehdi, Rizvan Hüseynov, Sabit Bağırov,
Sədrəddin İsmayılov, Tofiq Qasımov, İxtiyar Şirin, Sülhəddin Əkbər
Müsavatdan istefa verənlərdir.
Partiyanın bərpasında iştirak edən 4 nəfər - Ağamalı Sadiq, İsmayıl
Şıxlı, Mürşüd Məmmədov, Yusif Səmədoğlu dünyasını dəyişib.
Bərpaçılar arasında olan Vurğun Əyyub Müsavat Partiyasında qalsa
da, narazıların yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR)
hərəkatı sədrinin birinci müavini postundadır. Müsavatın hazırkı
rəhbərliyi tərəfindən xəyanətkar elan olunub.
Bərpaçılar arasında yalnız yeddi nəfər – İsa Qəmbər, Arif Hacılı,
Mirbaba Babayev, Məryəm Həsənova, Rafiq İsmayıl, Rauf Arifoğlu,
Şövkət Tağıyeva qalıb.
ADR İdarə Heyətinin üzvü, yeni rəhbərliyi qəbul etmədiyi üçün
Müsavatdan çıxarılan Səxavət Əlisoy Publika.az-a açıqlamasında
bildirib ki, Müsavatın hazırkı duruma düşməsinin əsas səbəblərindən
biri də bərpaçılardan əksəriyyətinin istefa verməsidir.
“Rauf Arifoğlu partiya rəhbərliyində təmsil olunmur, sırf
qəzetçiliklə məşğuldur. Şövkət xanım və Məryəm xanım yaş və
səhhətlə əlaqədar partiyada fəaliyyətlərini demək olar ki,
dayandırıb. Rafiq bəy əsas enerjisini elmi fəaliyyətə yönəldib.
Yerdə bugünkü Müsavatın əsas üçlüyü qalır: Mirbaba Babayev, Arif
Hacılı və İsa Qəmbər. Diqqətlə analiz etdikdə, Müsavat Partiyasının
bu günə qalmasının səbəbləri də bəlli olur”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 13:25Baş nazirdən yeni qərar
-
MDB12:26Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi
-
Magazin111:48Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO
-
Dünya11:12Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq
-
Region09:13Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili
-
Avropa09:00“Fəlakət xəbərçisi” sahilə çıxdı - FOTO
-
Pul08:36Dollar, avro və yuan bahalaşacaq, rubl isə...
-
Sosial08:00Tramp İranı yeni sərt zərbələrlə hədələdi






































