Nida.az
Zahid Oruc: “I Avropa Oyunları çox rentabelli layihədir”
“Geniş miqyasda keçirilən idman yarışları təkcə həmin dövr üçün əhəmiyyətli olmur. Belə layihələr uzun müddətə qoyulan investisiyadır”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Zahid Oruc I Avropa Oyunlarının iqtisadi səmərəsini şərhi zamanı deyib. O bildirib ki, oyunlara çəkilən xərclərin 78 faizi infrastruktura yönəldilib. Bu da o deməkdir ki, stadion, qapalı salonlar növbəti illərdə də xalqa xidmət edəcək, beynəlxalq yarışlara ünvan olacaq. Gələcəkdə Avropa Oyunları, beynəlxalq çempionatları burda keçirmək mümkün olacaq”.
İqtisadçı bildirir ki, ikincisi, oyunlara gələnlərin ölkə iqtisadiyyatına verəcəkləri xeyirdir: ”Bir nəfər özü ilə bir neçə nəfəri də Azərbaycana cəlb edəcək. Ümumiyyətlə, dünyada ərazilər, məkanlar belə kəşf edilir, təbliğ olunduqca tərəfdarları çoxalır”.
Onun sözlərinə görə, ölkəyə gələnlər potensial investor kimi də çıxış edə biləcəklər: “Azərbaycanda iş görmək istəyənlər oyunlar nəticəsində qərarlarını qətiləşdirəcəklər. I Avropa Oyunları çox rentabelli layihədir. Xüsusilə xidmət sektoru - qida sənayesi, restoranlar, hotellər şəbəkələri fəaliyyətlərini genişləndirəcək, rentabelliklərini artıracaqlar”.
İqtisadiyyat şöbəsi
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?










.jpg)















.jpg)
.jpg)









