Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
Bizi izləyin

Dünya

Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı

Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı

Meksikada keçmiş gözəllik kraliçası Karolina Flores Qomesin qətli ilə bağlı qalmaqallı detallar üzə çıxıb.

Publika.az xəbər verir ki, 27 yaşlı Qomes aprelin 16-da evində başında güllə yarası ilə aşkarlanıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Qadının həyat yoldaşı Alexandro baş verən hadisəyə görə öz anası Erika Mariyanı ittiham edib.

İstintaq zamanı məlum olub ki, kişi hadisə barədə polisə dərhal məlumat verməyib. Hüquq-mühafizə orqanlarının əldə etdiyi müşahidə kamerası görüntülərində dəhşətli anlar əks olunub. Kadrlarda görünür ki, aprelin 15-də Qomes qayınanası üçün su gətirmək məqsədilə mətbəxə gedir. Erika Mariya onun ardınca daxil olur və az sonra atəş səsi eşidilir.

Görüntülərdə daha sonra Alexandro qucağında uşaqla otağa qaçaraq anasından niyə həyat yoldaşını vurduğunu soruşur. Qadın isə “O məni əsəbiləşdirirdi. Sən mənimsən, o, səni məndən aldı” cavabını verir.

Məlumata görə, Alexandro hadisə barədə polisə yalnız ertəsi gün məlumat verib. Bu müddətdə isə Erika Mariya artıq qaçmağa nail olub.

Qomesin yaxınları bildiriblər ki, qayınana gəlininə qarşı uzun müddətdir psixoloji təzyiq göstərirmiş. Onların arasında münasibətlər isə qadının hamilə qalmasından sonra daha da gərginləşib.

Qeyd edək ki, Karolina Flores Qomes 2017-ci ildə, 17 yaşında “Miss Aşağı Kaliforniya” yeniyetmə kateqoriyası üzrə qalib olaraq tanınmışdı.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm