Əsəd rejimi ilə bağlı daha bir şok detal: Qırğın törədənlərə mükafat
Bizi izləyin

Dünya

Əsəd rejimi ilə bağlı daha bir şok detal: Qırğın törədənlərə mükafat

Əsəd rejimi ilə bağlı daha bir şok detal: Qırğın törədənlərə mükafat

Suriya vətəndaş müharibəsi ilə bağlı yeni yayılan dindirmə görüntüləri rejimin iç üzünü bir daha ortaya qoyub. Qırıcı pilotlar Münzir Savvan, Əbdülkərim Alya və Rami Süleyman verdikləri ifadələrdə mülki əhaliyə qarşı həyata keçirilən hücumların detalları barədə danışıb.

Publika.az Suriya mediasına istinadən xəbər verir ki, pilot Rami Süleymanın sözlərinə görə, hücum əmrləri birbaşa rejimin lideri Bəşər Əsəd və Müdafiə Nazirliyi tərəfindən verilib.

O bildirib ki, hədəflər Hərbi Hava Qüvvələrinin yüksək rütbəli nümayəndəsi tərəfindən faks vasitəsilə çatdırılıb. Süleyman xüsusilə 2013-cü ildə Dəməşqin Şərqi Quta bölgəsində yüzlərlə insanın ölümünə səbəb olan kimyəvi hücumla bağlı diqqətçəkən açıqlama verib. O deyib ki, hücumdan əvvəl istifadə edilən sursatın nə olduğunu bilməyib: “Dedilər ki, bu vakuum bombasıdır və müəyyən hündürlükdən atılmalıdır. Tapşırığı yerinə yetirdim və geri qayıtdım”.

Digər pilot Münzir Savvan isə əmrlərə tabe olmamağın nəticələrinin ağır olduğunu qeyd edib. Onun sözlərinə görə, imtina edən pilotları ailələri ilə birlikdə edam gözləyirdi: “Hücum etməsəydim, məni və ailəmi öldürəcəkdilər. Hamı yaşamaq istəyir”.

Savvan həmçinin deyib ki, çox vaxt vurulan hədəfin konkret nə olduğunu bilməyiblər: “Tapşırıq gəlirdi, yerinə yetirilirdi. Hədəfin mülki və ya hərbi olmasından xəbərimiz olmurdu”.

Ən diqqətçəkən məqamlardan biri isə hücumlardan sonra verilən mükafatlarla bağlı olub. Pilotların sözlərinə görə, həyata keçirilən əməliyyatlar nəticəsində qırğınlar baş versə belə, missiya tamamlandıqdan sonra onlar mükafatlandırılıb.

Qeyd olunub ki, sözügedən şəxslərlə bağlı məhkəmə prosesi davam etdirilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm