Nida.az
Avropa Birliyi Cənubi Qafqaza baxışı dəyişir – İrəvan çıxdaş ediləcək
Avropa Birliyinin qonşuluq siyasəti və genişlənmə üzrə
komissarı Yohannes Hanın “Şərq tərəfdaşlığı” proqramı haqda son
açıqlaması diqqət çəkdi.
Publika.az xəbər verir ki, avrokomissar
proqramın iştirakçı ölkələrini yeni münasibətlər formatının
gözlədiyini deyib: “Bura Avropa Birliyi ilə sıx inteqrasiyaya cəhd
etməyənlər daxildir”.
Ekspertlərə görə, söhbət Cənubi Qafqazın üç ölkəsindən –
Azərbaycan, Gürcüstan və Ermənistandan gedir.
Milli Məclisin deputatı Asim Mollazadə isə hesab edir ki, söhbət
konkret Ermənistandan gedir: “Mən inanmıram ki, avrokomissar
Azərbaycanı işarə etsin. Çünki Azərbaycan Avropa Birliyinin
partnyorudur və “Şərq tərəfdaşlığı” proqramının aktiv
iştirakçısıdır. Mümkündür ki, Yohannes Han Ermənistanı nəzərdə
tutur. Çünki bu ölkə Avropa Birliyi ilə ciddi əməkdaşlıqdan imtina
etdi və Avrasiya İqtisadi İttifaqına daxil oldu. Ermənistandan
başqa yerdə qalan digər ölkələr Avropa Birliyi ilə bu və ya digər
formada əməkdaşlıq edir. Hesab edirəm ki, Avropa Birliyi “Şərq
Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan və digər partnyor
ölkələrlə əməkdaşlığı davam etdirəcək”.
Erməni ekspert Aleksandr İskəndəryan da Rusiya KİV-ə
açıqlamasında söhbətin Ermənistandan getdiyi fikri ilə
razılaşıb.
Gürcü ekspert İosif Siskarişvili də Ermənistanın “Şərq Tərəfdaşlığı” proqramından çıxarılması ehtimalının yüksək olduğunu deyib.
“Bu ölkə Avropa Birliyinin Assosiativ Sazişini imzalamaqdan son
anda imtina etdi və Avrasiya İttifaqını seçdi”, - deyə o
bildirib.
Qeyd edək ki, mayın 21-22-də “Şərq Tərəfdaşlığı” proqramının
sammiti keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev də bu
sammitdə iştirak edəcək.
Asif Nərimanlı
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var
-
Dünya15:131700 illik xəzinə tapıldı - 50 kiloqram qızıl dəyərindədir
-
Magazin114:16Nadir Qafarzadə: “Mən artıq getdim”
-
Nida Xəbər 12:59Əli Əsədov qərar imzaladı
-
İdman10:40AFFA milliyə əcnəbi məşqçi gətirir: Ayxan Abbasov əl-ayağa düşüb



















.png)
.jpg)














