Nida.az
AXCP-nin təşkilat sədri istefa verdi – Yarpaq tökümü
AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiyadan istefa verib.
Publika.az xəbər verir ki, İ. Qurbanov bununla
bağlı bəyanat yayıb.
O, haqqında açılan istintaq işinə kənar müdaxilələrin olmaması və
buna siyasi don geyindirilməməsi üçün Sumqayıt təşkilatının
sədrliyindən və AXCP sıralarından istefa verdiyini bildirib.
“Əminəm ki, mənim haqda istintaq ədalətli aparılacaq və hər şeyə
aydınlıq gətiriləcək. Buna görə istintaqa heç bir kənar təsirlərin
və bəzi dairələrin bu məsələyə siyasi don geyindirilməsinin
qarşısının alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən
və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm”, - deyə
bəyanatda bildirilib.
Qeyd edək ki, Sumqayıt şöbəsi AXCP-nin ən problemli təşkilatıdır.
Ötən ilin sonlarında şöbənin 52 üzvü yazılı şəkildə istefa verərək
KXCP-yə keçib.
Həmin vaxt şöbənin sədri olan Kəmaləddin Rəhimov AXCP rəhbərliyini
sərt tənqid etmişdi.
“Partiyada həqiqəti deyənlərə satqın damğası vururlar. Bəzən xahiş
edirlər ki, baş verənləri ictimaiyyətə açıqlamayaq, gizlədək. Amma
kim istefa verirsə, sosial şəbəkələrdə onu təhqir edirlər”, - deyə
o bildirmişdi.
Məlumatlara görə, son dövrlər AXCP-dən 80-ə yaxın üzv istefa verib.
Istefa verənlər adətən bu haqda ictimaiyyətə məlumat verməkdən
çəkinirlər. Çünki AXCP sədrinin “facebook” şəbəkəsindəki qrupları
istefa verdiyini açıqlayanlar haqda qara piar kampaniyası aparır,
onlara qarşı hücumlar edir.
Asif Nərimanlı
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...




































