Nida.az
Müsavatdan daha bir istefa: “Qəmbərovlar kimi oğlumu əsgərlikdən yayındırmamışam”
Müsavat Partiyası Nəsimi rayon təşkilatının üzvü Aydın Məmmədli partiyadan istefa verib.
Publika.az xəbər verir ki, A. Məmmədli istefa
səbəbləri haqda təşkilat rəhbərliyinə müraciət ünvanlayıb.
“Mən, Məmmədli Aydın rayon təşkilatının iclaslarında iştirak
edəcəyimə dair sizə söz vermişdim. Lakin “facebook”da Nemət, Vəfa,
Osman və digər Divan üzvlərinin statuslarını oxuyaraq bir daha əmin
oldum ki, partiyanın yeni rəhbərliyi barışdırıcı yox, dağıdıcı
mövqe tutub. Partiya rəhbərliyindəki şəxslər seçildikləri vəzifədən
sui-istifadə edərək, “Burada mənəm, Bağdadda kor xəlifə” deyimi ilə
hərəkət edərək yaşına, savadına, keçdiyi mübarizə yoluna məhəl
qoymadan partiya üzvlərini nizamnamə pozuntusu adı altında
kənarlaşdırmaqla öz niyyətlərini həyata keçirirlər.
Şəxsən mən, bir müsavatçı olaraq baş verənlərə görə çox üzülürəm”, - deyə o bildirib.
A. Məmmədli Müsavatın keçmiş başqanı İsa Qəmbər haqda da danışıb:
“İsa Qəmbəri Əbülfəz Elçibəyin varisi hesab edərək, yadına
Elçibəyin “Bu mübarizə yolu həm çox ağır, həm də şərəfli yoldur”
sözlərini salmaq istəyirəm. Görünür, İsa bəy varisliyi düzgün başa
düşməyib. Əks halda, qurultaydan sonra partiyadakı münaqişələri
dərhal həll edərdi. Başqa sözlə desək, bir ağsaqqal kimi bütün
narazıları yığıb, məsələni yoluna qoymaq olardı. Lakin imkan əldən
verilib, partiya daxilində nifaq çox dərinləşib. Sanki İsa Qəmbəri
dəyişiblər, məsələlərə loyal və ya birtərəfli yanaşır. Düşünürəm
ki, Əbülfəz bəy heç vaxt bələ səhvlərə yol verməzdi. AXCP sədri
olduğu dövrdə o, partiyada “yurdçular” və başqa narazı qruplar
yaranmasına baxmayaraq, partiyanı bütöv, monolit saxlaya bilmişdi.
Mən Elçibəyi özümə lider hesab edirəm. Onun İsa Qəmbəri özünün
siyasi varisi elan etməsi Müsavat partiyasına üzv olmağıma səbəb
oldu”.
A. Məmmədli iki övladının da Müsavat Partiyasına üzv etdiyini
bildirib.
“Oğlum Rauf Məmmədli Müsavat partiyasının üzvü idi. Onu
Qəmbərovlar, Hacıbəylilər kimi hərbi xidmətdən yayındırmamışam.
Şəxsən öz təşəbbüsümlə, onun döyüş bölgəsinə - Füzuli rayonuna
hərbi xidmətə yollanmasına nail olmuşam. Üzvlük haqqını həmişə
ödəmişəm. Müsavat partiyasının üzvü olduğum dövrdə, demək olar ki,
bütün aksiyalarda, mitinqlərdə, məhkəmələrdə və məhkəmələrin
qarşısındakı aksiyalarda iştirak etmişəm.10 il partiyanın üzvü
olduğum halda, vəsiqə verilmədiyi üçün partiya vəsiqəmi təhvil verə
bilməyəcəyəm. Çox təəssüf ki, yuxarıda qeyd etdiyim ciddi
nöqsanları və İsa Qəmbərin özünü lider kimi doğrultmadığını nəzərə
alaraq, Müsavat Partiyasından istefa verirəm. Qeyd edilən
xırdalıqları nəzərinizə çatdırmaqda məqsədim odur ki, istefa
verdikdən sonra ənənəyə uyğun olaraq, arxamca böhtanlar
yağdırmasınlar”, - deyə A. Məmmədli vurğulayıb.
Asif Nərimanlı
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı
-
Dünya08:15Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
























.webp)












