Nida.az
“I Avropa oyunlarının Bakıda keçirilməsi Azərbaycana etibarın təzahürüdür”
“I Avropa Oyunları kimi böyük idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycana olan inamın və etibarın təzahürüdür”.
Bunu Publika.az-a açıqlamasında politoloq Ramiz Əliyev deyib.
Onun sözlərinə görə, bunu ölkəmizin və dövlətimizin illərdir
apardığı müstəqil və qətiyyətli siyasətin, tolerantlığın, ölkədə
hökm sürən ictimai təhlükəsizliyin, iqtisadiyyatımızın getdikcə
artan inkişafının, idman ölkəsinə çevrilməmizin nəticəsi kimi
qiymətləndirmək lazımdır: “Əlbəttə, I Avropa Oyunlarına ölkəmizin
ev sahibliyi etməsindən yaxşı mənada yararlanmalıyıq. Bu imkandan
həm dövlətimiz, həm də bütün Azərbaycan vətəndaşları
bəhrələnməlidir. Belə ki, bizə verilmiş olan bu imkandan maksimum
yararlanıb ölkəmizin, dövlətimizin inkişafını təbliğ etməliyik.
Xüsusilə, Azərbaycanın ən böyük və ağrılı problemi olan Dağlıq
Qarabağ problemi ilə bağlı həqiqətləri, real məlumatları həm
ölkəmizə gələn qonaqlara, həmçinin də yarışları işıqlandıracaq
xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim
etməliyik. Hesab edirəm ki, hər kəs üzərinə düşən şəkildə bu
məsuliyyəti üzərinə götürməyə borcludur. Çünki bu borc vətəndaşlıq
mövqeyindən irəli gəlir”.
R. Əliyev bu idman yarışının iqtisadi əhəmiyyətindən danışaraq qeyd
edib ki, I Avropa Oyunlarını izləmək üçün Azərbaycana çoxlu sayda
turist gələcək və onlar da özləri ilə, hər halda xərcləmək üçün
müəyyən maliyyə vəsaiti də gətirəcək: “Bu da o deməkdir ki, taksi
sürücüsündən tutmuş digər xidmət sahələrində çalışanların hər
birinin büdcəsinə əlavə maliyyə vəsaiti daxil olacaq və hər kəs
bundan gəlir əldə edəcək. Digər tərəfdən, bu yarışlardan sonra
ölkəmizin artan nüfuzu nəticəsində gələcəkdə xarici iş adamlarının
Bakı və digər regionalarına müəyyən investisiyalar edəcəyi də
gözləniləndir. Əsas məsələlərden biri də budur ki, bir ay
müddətində bütün Avropa və dünyanın bir çox ölkəsi Azərbaycandan,
onun inkişafından və idman ölkəsi olmasından, yarışları yüksək
şəkildə təşkil etməsindən danışacaq”.
Asif Nərimanlı
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO


































