Nida Təhlil
Ermənistandan Qarabağla bağlı ŞOK ADDIM: hərbi ittifaq və...
Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində
yaratdığı qondarma rejimlə “müstəqil respublika” kimi hərbi ittifaq
yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə separatçı rejimin
“təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan “aravot”
qəzetinə müsahibəsində bildirib.
Balanyan bildirib ki, “Ermənistanla Qarabağ arasında hərbi
ittifaqın bağlanması məsələsi gündəmdədir”.
“Bizdə Ermənistanın de-yure “Qarabağ xalqının” təhlükəsizliyinin
zamini olduğunu göstərən sənəd olmalıdır. Bu sənəd konkret olaraq
“Qarabağ xalqının təhlükəsizliyi” ilə bağlı olmalıdır, “ərazi
bütövlüyünün qarantı” ilə bağlı yox. Çünki hələ də Azərbaycanda
qalan erməni əraziləri var”, - deyə separatçı Balasanyan iddia
edib.
Balasanyan absurd fikirlərinə davam edərək qeyd edib ki,
“Ermənistan-Qarabağ hərbi ittifaqı regionda Azərbaycan-Türkiyə
hərbi ittifaqına qarşı yaradılmalıdır”.
Onun sözlərinə görə, belə bir sənədim imzalanması müharibə zamanı
Ermənistana “Qarabağı müdafiə etmək” imkanı verəcək.
“Faktiki olaraq, İrəvan və Xankəndi məşhur “bir millət – iki
dövlət” düsturu əsasında münasibətlər qurmağa başlayıb”, - deyə o,
Azərbaycan və Türkiyə münasibətlərini əks etdirən düsturu da
mənimsədiklərini etiraf edib.
Asif
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO



























.jpg)







.jpg)
.jpg)