Nida Təhlil
Bakı İrəvanı “Putin NATO-su”nda necə darmadağın etdi? - PƏRDƏARXASI PROSESLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfər
etməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş
verənlər fonunda Ermənistanda narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, KTMT-də Ermənistanın
nümayəndəsi olaraq baş katib postunda təmsil olunan Yuri
Xaçaturovun “1 mart” işinə görə bu postdan uzaqlaşdırılmasından
sonra İrəvan 2020-ci ilə qədər başqa bir erməni namizədlə təşkilata
rəhbərliyi davam etdirmək istəyirdi.
Lakin Qazaxıstan və Belarus buna qarşı çıxdı. Əlifba sırasına görə
Ermənistandan sonra Belarus gəldiyi üçün KTMT-yə rəhbərlik də
Minskə keçməlidir. Bu tezisi əsasən Nazarbayev və Lukaşenko müdafiə
edir.
KTMT-də erməni baş katibin olmaması Azərbaycanın da maraqları
baxımından əhəmiyyətlidir. Lukaşenkonun Astana toplantısından sonra
Minskdə Azərbaycan səfərini qəbul etməsi rəsmi Bakının KTMT-dəki
proseslərə kənardan təsir etmək və işğalçı ölkəni bu platformada
məğlubuiyyətə uğratmaq üçün ciddi manevrlər etdiyini göstərdi.
Ardınca Belarusun Azərbaycandakı səfiri Prezident İlham Əliyev
tərəfindən qəbul edildi.
Bakının manevrləri və baş verənlər qarşısında Ermənistanın əsəbləri
dözmədi və Paşinyanın qalmaqallı “Nazarbayevlə Lukaşenkodan hesabat
istəyəcəm” açıqlamasını verməsinə səbəb oldu. Belarus Xarici İşlər
Nazirliyinin cavabı isə olduqca sərt oldu.
“Yəqin, cənab Paşinyan hələ başa düşməyib ki, “küçə
demokratiyası”nın qaydaları böyük siyasətdə qəbuledilməzdir.
Təəssüf edirik. Ümid edirik ki, bu, zamanla qaydaya düşəcək.
Görünür, Paşinyan özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti
olan beynəlxalq prokuror kimi təsəvvür edir. Amma dövlətlərarası
münasibətlərdə protokolun və etiketin tamamilə dəqiq normaları
mövcuddur”, - deyə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz
bildirib.
Göründüyü kimi, işğalçı ölkənin ətrafında dumanlı atmosfer
sıxlaşır. Və Prezident İlham Əliyevin Belarusa səfəri bu hadisələr
kontekstində təsadüfi deyil.
O da təsadüfi deyil ki, Azərbaycan liderinin Minsk səfəri İrəvanda
ciddi təşvişə səbəb olub.
Erməni şərhçi Akop Badalyan yazır ki, Azərbaycan Prezidentinin
Belarus səfəri Bakının KTMT-də Ermənistanı küncə sıxışdırmaq
planlarından vaz keçmədiyini və nəticələr əldə etməyə davam
etdiyini göstərir.
“Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan KTMT-də
yaranan qarşıdurmadan Azərbaycanın yararlanacağını bildirib.
Belarusu tənqid edən erməni şərhçi Tavos Arşakyan Lukaşenkonun
Ermənistana ağır zərbə vurduğunu qeyd edib. Hətta o, Ermənistanın
Belarusla diplomatik əlaqələri kəsməsi çağırışı ilə çıxış edib.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!