Nida Təhlil
Paşinyanın arvadı prezident mülkünə köçür - İnqilabın GERÇƏK ÜZÜ
“Ermənistanda inqilabdan sonra bu inqilabı edənlər və
onların qohumları öz yuvalarını təchiz etməyə başladılar”.
Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Samvel
Ohanesyan deyib.
Onun sözlərinə görə, inqilabın rəhbəri Nikol Paşinyanın arvadı Anna
Akopyan keçmiş prezidentin evinə yerləşməyə hazırlaşır.
“Bundan əvvəl Anna Akopyanın helikopteri qonşuları narahat edirdi.
Bu xəbər yenidən unudulmuşdu ki, Paşinyanın arvadının keçmiş
prezidentin dəbdəbəli evinə köçməyə hazırlaşdığı haqqında xəbər
yayıldı. Bu ev Maştosa 47 ünvanında yerləşir. Burada xüsusi qeydi
etməliyik ki, Akopyan baş nazirin yox, baş nazir vəzifələrini
müvəqqəti icra edən şəxsin həyat yoldaşıdır. Yəni mümkündür ki,
Nikol Paşinyan seçkinin nəticəsindən sonra baş nazir olmaya bilər,
lakin onun həyat yoldaşı indidən özünün rahat yaşayışını təmin
etməyə girişib. Bu, Paşinyanın “xalq” obarı ilə heç uyğun deyil.
Məsələn, o ictimai nəqliyyatda bukletlər paylayır, sadə ermənilərin
qapılarını döyür”, - deyə o qeyd edib.
Erməni şərhçi əlavə edir ki, Paşinyanın qay;nı Qraçi Akopyan onun
seçki kampaniyasına qoşulub: “Akopyan əvvəlki oliqarxiyanın
sütunlarından olan Samvel Aleksanyanla yaxın idi. Baş nazirin
müavini Tiqran Avinyan keçmiş hakimiyyətin nümayəndələri ilə
əməkdaşlıq edir. Həyəcanlı xəbərlərdən biri Loridən gəldi.
Hakimiyyət narahatdır ki, orada lazımi səsləri ala bilməyəcək. Buna
görə də Loridəki polislərin sayını ikiqat artırıb. “Biz” blokunun
lideri Xaçatur Kokobelyan bildirir ki, Ermənistanda inhisarçılıq
davam edir. Nə baş verir? Doğrudanmı yeni hakimiyyət əvvəlki
oliqarxiyanın metodları ilə hərəkət edir? Görünən budur ki,
Paşinyan və komandası özlərini demokratik ölkənin rəhbərliyi kimi
aparmır”.
Asif
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu








.jpg)






.jpg)














.jpg)


