Nida Təhlil
Paşinyan Qarabağda HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI
Ermənistanda Nikol Paşinyan komandası ilə Azərbaycanın
işğal edilmiş ərazilərində yaradılan, köhnə hakimiyyətə yaxın olan
separatçı rejim arasında qarşıdurma davam edir.
Publika.az xəbər verir ki, Paşinyanla separatçı rejimin
“rəhbəri” Bako Saakyan İrəvanda təkbətək görüş keçirib.
Görüşdə daxili və xarici məsələlərin müzakirə edildiyi deyilsə də,
konkret nələrdən danışıldığı dəqiq məlum deyil, lakin bu gün
separatçı rejimin “müdafiə naziri” Levon Mnasakanyanın vəzifəsindən
azad edilməsi diqqət çəkdi.
Erməni şərhçi Aram Amatuni yazır ki, seçkidən öncə Paşinyanın
Saakyandan izahat tələb etməsinə baxmayaraq, bu görüş tərəflərin
razılaşdığını deməyə əsas verir.
“Gözləniləndir ki, Qarabağda yeni kadr dəyişiklikləri olsun, eləcə
də başqa “məmurlar” da çıxarılsın”.
Nikol Paşinyanın Qarabağdakı separatçı rejimi tamamilə dəyişdirmək
və özünə bağlı rejim yaratmaq planı var. Çünki keçmiş hakimiyyətin
əsas dayaq nöqtəsi məhz Qarabağdakı bugünkü separatçı rejimdir.
Lakin bu, hələlik o qədər də asan deyil. Çünki Paşinyan hələ öz
hakimiyyətinin dayaqlarını tam olaraq möhkəmləndirməyib.
Erməni şərhçilər Paşinyanın Qarabağda istədiyinə nail olmaq üçün
zaman ehtiyacının olduğunu hesab edirlər, lakin o da istisna deyil
ki, bu proses ciddi qarşıdurma fonunda keçsin. Hazırda İrəvanla
Qarabağdakı separatçı rejim arasındakı toqquşmaların davam etməsi
də bunu deməyə əsas verir.
Asif
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı

























.jpg)











.jpg)
.jpg)