Nida Təhlil
Paşinyan istefaya gedə bilər - POLİTOLOQ
Politoloq Nəzakət Məmmədova “Cənubi Qafqaz regionu: 2018-ci ilin yekunları və 2019-cu ildən gözləntilər” mövzusunda mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, N.Məmmədova bu il regionda çox böyük dəyişikliklər olduğunu, gözlənilməz proseslərin baş verdiyini bildirib.
O qeyd edib ki, bu il ölkəmiz üçün ən əlamətdar hadisə aprel ayında keçirilən prezident seçkisi olub: “Bu seçki bir neçə aspektdən önəmlidir. Bu seçkidə qalibiyyət aparılan layihələrin davamlılığını təmin etdi. Hansı ki, həmin layihələr Avrasiyada inteqasiyaya təsir göstərən amillərdir. Eyni zamanda, ölkə daxildə sabitliyin davamlılığının təmin edilməsi baxımından bu seçkilər əhəmiyyətli oldu. Daha bir maraqlı məqam o oldu ki, bu il regionumuz ABŞ və Avropa Birliyinin diqqətini daha çox cəlb etdi. Nəinki cəlb etdi, bu qüvvələr bölgədə daha da fəallaşdı. Rusiyaya sanksiyaların sərtləşdirilməsi və İranla bağlı baş verənlər bölgəmizi önəmli bölgəyə çevirdi. ABŞ və Avropa Birliyindən regiona çoxlu səfərlər edildi. Bu sırada Con Boltonun, Angela Merkelin, Emmanuel Makronun adını çəkmək mümkündür”.
N.Məmmədova qeyd edib ki, bu il 200 ildən çoxdur davam edən Rusiya-Ermənistan müttəfiqlik münasibətlərində çat yarandı: “Bu da əlbəttə, bizim xeyrimizədir. Eyni zamanda, Ermənistanın hər zaman arxalandığı KTMT-də siyasi ixtilaflar baş verdi. Ermənistan ona böyük köməkliklər edən Rusiyadan uzaqlaşmağa başladı. Bu, ABŞ və Avropa Birliyinin diqqətini cəlb etdi. İlk fəallaşan ABŞ oldu. Ancaq Avropa Birliyi də İrana görə Ermənistana maraq göstərməyə başladı. Ermənistan Rusiyadan uzaqlaşır. Ancaq Ermənisrandakı proseslərə Rusiya çox təmkinlə yanaşdı. Görünür, ABŞ Rusiyaya ismarıc verib ki, bu dəyişiklik sizə qarşı yönəlməyib. Ermənistanda baş verənlər İranın şimaldan blokadaya alınması məqdsədi daşıyır. Gördülər ki, bu, cənubdan alınmır. İran cənubda poliqon yaradıb ABŞ-a meydan oxuyur. Azərbaycan öz ərazisindən İrana qarşı istifadə etməyə imkan vermir. Ermənistan isə zəif bənddir. Ümumiyyətlə, Ermənistan bölgədə ən zəif bənddir”.
N.Məmmədova qeyd edib ki, digər tərəfdən bögədə silah satışı ilə bağlı yenilik baş verdi: “Bilirsiniz ki, Avropa Birliyi bölgəyə silah satışına qadağa qoyub. Ancaq Merkel ABŞ-ın İrana qarşı cəbhə açmasına qarşı çıxır. Makronun Ermənistana səfəri ilə Fransanın bölgəyə silah satışına çalışdığını göz önündədir. Gürcüstanın Müdafiə Nazirliyi ilə Fransa arasında silah alqı-satqısına dair müqavilə imzalandı. Beləliklə, regionda silah satışına dair yeni oyunçular meydana çıxdı”.
2019-cu ildən gözləntilərə gəldikdə isə N.Məmmədova qeyd edib ki, Avropa Birliyini Fransanın əvəz etməsi gündəmə gəlib: “BMT də bu məsələnin gündəmə gətirilməsi məsələsi var. Fransa artıq ona olan etimadı itirib. BMT-nin strukturunda da islahat aparması gözləniləndir. Təhlükəsizlik Şurasının üzvü olan beş ölkə imperialist maraqlarından çıxış edirlər. Həmsədrlik institutunda dəyişiklik olması ətalətin qarşısdını ala, danışıqlara dinamika gətirə bilər. Almaniyanın həmsədrliyə gətirilməsi ola biləır. Gələn il ərzində həmsədrlər arasında nüfuz davası güclənəcəyini gözləmək olar”.
N.Məmmədova qeyd edib ki, gələn il ərzində qondarma Dağlıq Qarabağ rejimi ilə Ermənistan arasında qarşıdurmanın güclənəcəyi gözləniləndir: “Dağlıq Qarabağ rejimi Ermənistan hakimiyyəti ilə münasibətlərinin pisləşməsi səbəbindən çıxış yolu kimi Rusiya ilə münasibətlərini daha da gücləndirə bilər. Mən əminəm ki, Paşinyanın namizədliyini Qərbə tövsiyə edən Levon Ter-Petrosyan olub. Ermənistan köhnə müttəfiqlərini itirib, yeni müttəfiqlərlə isə əlaqələr qura bilmir. Azərbaycan Ermənistandan diplomatik, siyasi cəhətdən üstündür. Hazırda Avropa Birliyi və Rusiyanın mövqeyi Azərbaycanın xeyrinədir. Rusiya Ermənistandan uzaqlaşıb. Avropa Birliyi də ərazi bütövlüyü prizmasından çıxış edir. Beləliklə, biz deyə bilərik ki, Azərbaycan hərbi baxımdan güclü olduğu kimi siyasi baxımdan da uduşlu vəziyyətdədir. Gələn il Rusiyanın Erməınistana təzyiqləri artacaq. Hətta elə vəziyyət yarada bilərlər ki, Paşinyan istefaya gedə bilər. Qarabağ klanı, oliqarxlar, Respublika Partiyası, Rusiyanın təzyqiləri qarşısnda inanmıram ki, Paşinyan duruş gətirə bilsin. Təbii qazın Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmaq istəyi də bunlardan biridir”.
Politoloq 2019-cu ildə regionda geosiyasi mübarizənin güclənəcıyi gözlənildiyini vurğulayıb: “Paşinyan hakimiyyətə gələndən bəri Ermənistanın xarici işlər və müdafiə nazirliyində öz kadrrını yerləşdirə bilməyib. Bir ölkənin rəhbəri əsas nazirliklərə öz kadrını yerləşdirə bilmirsə, o hansı müstəqil siyasətdən danışa bilər?!”
N.Məmmədova Azərbaycanın yürütdüyü hazırkı siyasətin doğru olduğunu da vurğulayıb. O qeyd edib ki, əgər Azərbaycan hansısa güc mərkəzinə yaxınlaşsa, digər güc mərkəzinin güclü təzyiqlərinə məruz qala bilər: “Mən Dağlıq Qarabağ münaqişəsi bölgəsinə hansısa ölkənin sülhməramlılarının yerləşdirilməsinin əleyhinəyəm. Gürcüstanda da Rusiya sülhməramlıları var idi, amma o sülhməramlılar 2008-ci ildə silahı Gürcüstan dövlətinə qarşı çevirdilər”.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib




























.jpg)
.jpg)




