Nida Təhlil
Bu il Ermənistan Naxçıvan istiqamətində... - Badalyan İrəvanın PLANINI AÇDI
Yeni İl ərəfəsində Ermənistanın prezidenti Armen
Sarkisyan, eləcə də xarici işlər naziri Zoqrab Mnasakanyan
Naxçıvanla sərhədə baş çəkib. Bu səfərlər Azərbaycan Ordusunun ötən
il Naxçıvan istiqamətində uğurlu əməliyyatları fonunda diqqət
çəkir. Ermənistanda bu əməliyyat gizlədilir. Lakin müxalifət
qrupları Azərbaycan Ordusunun Qarabağa gedən əsas yolları nəzarətə
götürdüyünü etiraf edirlər.
Publika.az xəbər verir ki, erməni şərhçi Hakop Badalyan
İrəvan rəhbərliyinin Naxçıvanla sərhədə gəlişini 2019-cu ildə
atılacaq əsas addımların işarəsi olduğunu yazıb.
“Rəsmi İrəvan Azərbaycan Ordusunun hərəkətlərinin öz ərazisində
olduğunu, erməni tərəfinin nəzarət səviyyəsini azaltmadığını iddia
edir, hətta bildirilir ki, daha əlverişli mövqelərə sahib olmuşuq.
Lakin əsas ağırlıq Azərbaycanın Qarabağa gedən yollara nəzarət
etdiyi fikri üzərindədir. Ermənistan rəhbərliyinin Naxçıvanla
sərhədə gedişi də hər hansı fors-major situasiya bağlıdır və bu,
nəzarət məsələsində Azərbaycanın üstünlük əldə etdiyi fikrini
gücləndirir”, - deyə erməni şərhçi bildirib.
Badalyan iddia edir ki, 2019-cu ildə Ermənistan əsas siyasi
ağırlığı Naxçıvan istiqamətinə yönəldəcək: “Naxçıvanla sərhəd
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da
məsələsidir. Təşkilatın keçmiş baş katibi Bordyuja Ermənistana
səfərlərindən birində Naxçıvan sərhədində olub. Paşinyan çıxışında
bildirdi ki. KTMT-də baş katiblik göründüyündən daha dərin
məsələdir. Bu mənada Naxçıvan çoxfunksiyalıdır və KTMT-nin
məsuliyyət zonasına daxildir. Lakin reallıq fərqlidir, bu bölgədə
əsas gücə sahib olan Azərbaycan və Türkiyə KTMT üzvləri ilə çox
yaxındırlar. Ermənistan buna görə diqqətini Naxçıvan istiqamətində
cəmləməyə çalışır. Yeni İl ərəfəsində yüksək rəsmilərin bu sərhədə
gəlişi də İrəvanın bu il ərzində xarici siyasət prioritetlərinin
açıq simvoludur”.
Asif
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü





































.jpg)