Nida Təhlil
Bu konvensiyanın imzalanmasında Azərbaycanın böyük rolu oldu - ŞƏRH
“Konvensiyanın imzalanmasında Azərbaycanın böyük rolu oldu. Çünki Azərbaycan bu konvensiyanın ilk təşəbbüskarı idi. Bu, hələ 1993-cü ildə Azərbaycanın nümayəndə heyəti İranda səfərdə olarkən ilk dəfə səsləndirilib”.
Bu sözləri Publika.az-a açıqlamasında Xəzər dənizi məsələləri üzrə ekspert, politoloq Rüstəm Məmmədov dilə gətirib.
Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında Xəzərin hüquqi statusu il bağlı imzalanan konvensiyanı xatırlatmasını şərh edən politoloq bildirib ki, bu razılaşmanın ilk təşəbbüskarı məhz Azərbaycan olub:
“Nəhayət ki, 2018-ci ildə beş ölkə arasında imzalanan Xəzərin səthinin hüquqi statusunu müəyyənləşdirmək üçün razılaşdırılan konvensiyada yeni-yeni müddəalar formalaşdırıldı. Bu konvensiya Xəzəri nə göl, nə də dəniz kimi tanıyır. Xəzərə su hövzəsi kimi baxılır. Bu konvensiyanın bağlanması ilə illərdir Xəzəryanı dövlətlər arasında mövcud olan konfliktə son qoyuldu. Bununla Xəzər dənizi hüquqi don geyindi. Konvensiyanın imzalanmasında Azərbaycanın böyük rolu oldu. Çünki Azərbaycan bu konvensiyanın ilk təşəbbüskarı idi.

Bu, hələ 1993-cü ildə Azərbaycanın nümayəndə heyəti İranda səfərdə olarkən ilk dəfə səsləndirilib. Orada Xəzər dənizinin statusu ilə bağlı yeni konvensiyanın bağlanmasına ehtiyac olduğunu dilə gətirmişdim. Dolayısı ilə Azərbaycan orada məsələ ilə bağlı öz möqveyini nümayiş etdirdi. Məhz ondan sonra bu konvensiya məsələsi gündəmə mindi. Bunu heç kim təsəvvür etmirdi, amma konvensiyanın ilk nümunəsini məhz Azərbaycan təqdim etdi. Həmin model konvensiyanın əsasında da bugünkü konvensiya formalaşdı. Düzdür, daha sonra ona əlavələr edildi. Rusiyanın, İranın mövqeyi qabardıldı. Lakin bütövlükdə bu razılaşmanın bağlanmasını ən çox istəyən Azərbaycan dövləti oldu”.
Zümrüd
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)























.jpg)
.jpg)

