Nida Təhlil
İrəvanda Qarabağ AKSİYASI: Paşinyan hiyləgər oyuna əl atır
İrəvanda “ərazilərin Azərbaycana qaytarılmasına” qarşı
etiraz aksiyası keçirilib.
Publika.az xəbər verir ki, aksiyanı Qarabağ müharibəsi
veteranlarının ictimai təşkilatları təşkil edib.
Ermənistan parlamentinin keçmiş deputatı, “and içmiş
döyüşçü-xilaskarlar ittifaqı”nın banisi Ruben Qevorqyan bildirib
ki, aksiyanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin ərazilərin
qaytarılmasına etirazdır.
Maraqlıdır ki, Qevorqyan aksiyanın Ermənistan hakimiyyətinə qarşı
yönəldilmədiyini açıqlayıb: “Məqsədimiz münaqişənin nizama
salınması ilə bağlı mövqeyimizi ifadə etməkdir. Buna görə də bizim
aksiyamız siyasi deyil”.
Aksiyanın təşəbbüskarlarından olan erməni ordusu haqqında filmlərin
rejissoru Arşak Zakaryan ərazilərin qaytarılmasını zərərli
adlandırıb.
“Ermənistanın heç bir hakimiyyətinə əraziləri qaytarmaq səlahiyyəti
verilməyib. Əgər güzəştlər olacaqsa, onda bu, ikitərəfli
olmalıdır”, - deyə o bildirib.
Son dövrlər Dağlıq Qarabağ münaqişəsinin ətrafında həll prosesinin
başladığına dair informasiyalar yayılır. Həmsədr ölkələri, xüsusilə
ABŞ-ın Ermənistandan münaqişənin həllinə razılaşmağı tələb etdiyi
deyilir. İndiki situasiyada Ermənistan bu tələbin qarşısından qaça
bilməsə də, əraziləri qaytarmaq da istəmir. Bu baxımdan, “aksiyanın
Ermənistan hakimiyyətinə qarşı keçirilmədiyi”, sadəcə, “mövqe
bildirməyə” hesablandığı diqqət çəkir. Mümkündür ki, bu aksiyanı
əraziləri qaytarmaq istəməyən Paşinyan hakimiyyəti təşkil edib.
Paşinyan belə aksiyalarla danışıqlar masasında “Mən razıyam, amma
Ermənistan xalqı istəmir, nə edə bilərəm?!” kimi klassik tezisi
irəli sürə bilər.
Asif
-
Region13:50Ermənistanda kilsə-hakimiyyət qarşıdurması: Spiker II Qaregini istefaya çağırdı
-
Rəsmi xronika11:26İlham Əliyev Moldova prezidentini təbrik etdi
-
Cənubi Qafqaz09:21Köçəryan həbs edildi
-
Dünya09:00Dəhşətli daşqından sonra 28 ölkənin 466 vətəndaşı itkin düşdü
-
Avto07:55Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin















.jpg)





















.jpg)
.jpg)