ERMƏNİ MAFİYASI: Vardanyanla Xədicə İsmayılı bağlayan şəbəkə
Bizi izləyin

Nida Təhlil

ERMƏNİ MAFİYASI: Vardanyanla Xədicə İsmayılı bağlayan şəbəkə

Erməni xüsusi xidmət orqanları və Qərb strukturlarına sızmış erməni diasporu/lobbisinin Azərbaycana qarşı mübarizənin “hakimiyyətin təftişi”, “insan haqları”, “demokratiya” pərdəsi altına apardığına dair indiyə qədər kifayət qədər faktlar gün üzünə çıxıb. Martın 4-də Organized Crime and Corruption Reporting Project - OCCRP təşkilatının (Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemini ifşa etməsi isə bu faktları ikiqat zənginləşdirdi.

ERMƏNİ MAFİYASI: Ermənistan-erməni diasporu-erməni lobbisini birləşdirən erməni mafiyası bütün cinayət qruplaşmaları kimi şantaj, fahişəlik, seks turizmi, narkoticarət, silah qaçaqmalçılığı ilə bəslənir. Ötən il Almaniya və İspaniyada erməni mafiyasının cinayət əməllərinə dair ifşaedici faktlar ortaya çıxdı.

2018-ci ilin 2 noyabr tarixində Almaniyanın “Spiegel” nəşrində yayımlanan “Erməni mafiyası Almaniyada necə fəaliyyət göstərir” başlıqlı məqalə, 2018-ci ilin 7 noyabrında MDR televiziyasının (ARD ictimai televiziyalar qrupuna daxildir) “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli film və 2018-ci ilin 19 dekabrında isə ARD ictimai televiziyasında yayımlanan “Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı” sənədli filmi və həmin televiziyanın “sportschau.de” idman xəbərləri saytında dərc olunan “Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalə erməni cinayətkarların əməllərini ortaya çıxardı. Bu faktlarla bağlı Almaniya Federal polisi araşdırmalar apardı və məlum oldu ki, Ermənistanın Berlindəki səfiri Aşot Smbatyanın cinayətkar qruplaşma ilə əlaqələrə malikdir.

Bütün yollar İrəvana aparır, araşdırmalar təsdiqləyir ki, dünyaya yayılmış erməni mafiyasının arxasında Ermənistan dövləti dayanır. Erməni mafiyasını digər cinayət qruplaşmalardan fərqləndirən əsas xüsusiyyət də şantaj və satınalma yolları ilə dünya siyasətinə müdaxiləsi və bir sıra qərarların qəbuluna təsiridir.

Əsas hədəf isə məhz Azərbaycan, ölkəmizə qarşı siyasi qərarların qəbulu, müxtəlif siyasətçilərin pulla ələ alınaraq, rəsmi Bakıya təzyiqlərin göstərilməsidir. Son məqsəd Azərbaycanı Dağlıq Qarabağın işğalı ilə barışmağa məcbur etməkdir.

Bu ilin yanvarında britaniyalı araşdırmaçı-yazıçı Harold Keynin “Narko Qarabağ” (“Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq, beynəlxalq birliyə dərin təsir göstərə bilən cinayətlərin və cinayətkar şəbəkənin aşkara çıxarmasının şahidi olduq.

Kitabda Ermənistan rəsmilərinin Azərbaycanın işğal altındakı torpaqlarında seks, narkotik və silah şəbəkəsi qurduğu və Dağlıq Qarabağın dünyaya yayılmış erməni mafiyasını əsas bazası olduğu təsdiqini tapır. Məlum olur ki, bütün bu şəbəkəyə başda Ermənistanın keçmiş prezidentləri – Robert Koçaryan və Serj Sarkisyan olmaqla işğalçı ölkəni idarə edənlər tərəfindən nəzarət olunur.

Silahli münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research” mərkəzinin dərc etdiyi hesabatda da Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına, mərkəzi və şimali Afrika terrorçularına silah daşıması ifşa olundu.

OCCRP-nin martın 4-də dərc etdiyi hesabat isə erməni mafiyasının əsas üzvlərindən olan Rusiyanın “Troika Dialog” kimi tanınan özəl investisiya bankı və Rusiyada qərbyönlü reputasiyaya malik rusiyalı erməni Ruben Vardanyanın “Troika” sxemi üzrə çirkli pulları necə yuması ifşa edildi.

Və burada erməni mafiyasının Azərbaycana uzanan caynaqları görünür. Ruben Vardanyanın kimliyi və fəaliyyətinə dair faktlar bizi Xədicə İsmayıla qədər götürür. Məlum olur ki, erməni milyonçu ilə azərbaycanlı jurnalistin Azərbaycana qarşı fəaliyyətini maliyyələşdirirmiş.

Ruben Vardanyan kimdir: erməni milyonçu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin yerləşdirilməsi üçün kəndlər salınmasının maliyyələşdirir, bu kəndlərdə məktəb və kilsə tikdirir. Dağlıq Qarabağla yanaşı, eyni işləri Livan və Suriyadakı ermənilər üçün də həyata keçirir. Onun Rusiya vətəndaşı olan oğlu David Vardanyan Dağlıq Qarabağda hərbi xidmətdə olub.

Vardanyanın “humanitar” layihədə tərəfdaşları, ictimai lobbisti və koordinatorları amerikalı cütlük - aktyor Corc Kluni və həyat yoldaşı livanlı erməni-druz qarışığı olan Amal Alamuddin Klunidir. Corc və Amal Klunilər Ruben Vardanyanın çoxsaylı layihələrində tərəfdaş və ictimai lobbist qismində çıxış edirlər. OCCRP-nin hesabatı təsdiqləyir ki, bu cütlüyün ümumiyyətlə ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada yuduğu çirkli pulların hesabına həyata keçirilir. Bu cütlüyün dəfələrlə İrəvana gələrək qondarma “erməni soyqırımı” abidəsi önündə baş əyməsi təsadüfi deyil.

Amal Kluni Azərbaycan cəmiyyətində Hollivud aktyorunun arvadı olaraq yox, OCCRP “araşdırmaçısı”, jurnalist Xədicə İsmayılın vəkili olması, onun həbsdə olduğu dövrdə xaricdə ictimai və hüquqi müdafiə kampaniyalarını təşkil etməsi ilə tanınıb. Və burada məlum olur ki, Ruben Vardanyanın “Troika” pulyuma sxemi üzrə maliyyələşən Amal Kluni Xədicə İsmayılın müdafiəsini məhz erməni milyonçunun çirkli pulları ilə həyata keçirib. Burada OCCRP təşkilatının X.İsmayıl kimilərdən bəhrələnərək, R.Vardanyanın çirkli pullarından bəhrələnməsi məqsədi də aydın görünür.

Göründüyü kimi, faktlar beynəlxalq cinayətkar şəbəkə kimi fəaliyyət göstərən erməni mafiyasının “sapı özümüzdən” olanlarla birgə Azərbaycana qarşı məkrli planlar qurduğunu təsdiqləyir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm