Nida Təhlil
Paşinyan İlham Əliyevlə nə danışdığını gizlətdi, deputatlar... - Qapalı görüşdə QALMAQAL
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 8-də “Mənim addımım” blokunun deputatları ilə qapalı görüş keçirib.
Publika.az xəbər verir ki, bu barədə “past” nəşri şəxsi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan öz komandasının işindən narazı olduğunu bildirib. Qeyd edib ki, komandası onun siyasi xəttinə riayət etmirlər.
“Bu əvvəlki parlament deyil ki, siz vaxtınızı boş yerə xərcləyəsiniz, iclasları yola verəsiniz”, - deyə o bildirib.
Deputatlar Paşinyanın Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü haqqında maraqlanıblar. Bu, Paşinyanı hisrləndirib.
Nəşr yazır ki, Paşinyan deputatları Dağlıq Qarabağ münaqişəsinə səthi yanaşmaqda ittiham edib. Paşinyan, həmçinin komandasını təbliğat işinin zəif olmasında da günahlandırıb. Xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı zəif təbliğatın aparıldığını, siyasi rəqiblərin bu istiqamətdə Paşinyanı qabaqladığı vurğulanıb.
Hətta Paşinyan “Bilmirəm sizin danışmağınız, yoxsa susmağınız daha yaxşıdır” deyə bildirib.
Asif
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)
.jpg)

.png)






















