Nida Təhlil
Hacı Muradın nəşi üzərindən Azərbaycana qarşı təhlükəli oyun
Təxminən bir il öncə, ötən il mayın 28-də mərkəzi Vaşinqtonda mənzillənən qlobal və regional beynəlxalq münasibətlərin görünən və görünməyən tərəflərinin təhlili üzrə ixtisaslaşmış “Foreign Policy” jurnalı Azərbaycanın Qərb üçün hansı səviyyədə əhəmiyyətli olmasını vurğulayan yazı dərc etdi.
“Foreign Policy” Rusiya və Avropa arasında enerji və ticarətin quru ilə nəqli üçün yalnız üç yolun mövcudluğunu: İran, Rusiya və Azərbaycan ərazisinin olmasını, Qərbin Rusiya və İranla bərbad münasibətlərini nəzərə almaqla yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrut - Azərbaycandan keçməklə mümkün olmasını qeyd etmişdi.
Müəlliflər Ermənistanın Azərbaycanın ərazisinin beşdə birini işğal etməsi faktoruna diqqət çəkərək, Avropanın ticarət nəqliyyatı üçün qalan “nəfəsliyi”nin eni yüzcə kilometrlik bir keçid olan, Gəncə keçidi olmasını göstərirdilər.
Belə ki, Avropa Azərbaycan, Qazaxıstan və Türkmənistandan alınan qaz hesabına, özünün enerji ehtiyatlarından silah kimi istifadə edən Rusiyadan asılılığının azaltmaq niyyətindədir. Hazırda Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü və ən əsası reallaşdırılmaqda olan Avropa Birliyi üçün həyati əhəmiyyətli Cənub Qaz Dəhlizi də Gəncə keçidi adlandırılan enerji dəhlizindən keçməsi nəzərdə tutulur.
Həmçinin bu dəhlizdən təkcə enerji resursları deyil, həm də Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri, Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil magistralı- E60 magistralı keçir. Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolunun da Gəncədən keçməsi planlaşdırırlır.
Bir sözlə, yazı Xəzərin enerji yataqlarının Avropaya nəqli uğrunda regional mübarizənin aktivləşdiyi bir məqamda Azərbaycanın Avropa üçün yeganə və ən əsası isə təhlükəsiz marşrut olması göstərmişdir. Onu əlavə etmək lazımdır ki, Rusiya ilə İranın sərhədlərində yerləşən Azərbaycanın məhz bu bölgəsi həmişə regionda və Azərbaycanda maraqları olan güclərin diqqətində olmuş, zaman-zaman bu bölgəyə yönəlik silahlı və ya radikal dini-ideoloji qrupların təxribatları, sosial media üzərindən texnoloji üsullarla, hibrid savaş təbliğatı alətlərindən istifadə ilə təsir imkanlarının axtarışında olmuş, bəzən isə təxribatlar həyata keçirməklə ümumilikdə ölkənin və deməli, həm də marşrutun təhlükəsizliyi və sabitliyi şübhə altına alınması görüntüsü verməyə çalışmışlar.
Misal kimi elə məhz haqqında danışdığımız yazıdan təxminən bir ay sonra, keçən il iyulun 3 də Gəncə şəhərində radikal dini ideoloji qrupların yerli hökumət nümayəndəsinə silahlı hücumu, bir həftə sonra isə bu hücumun zəminində sosial media üzərindən hibrid üsullarla təşkil olunan iğtişaşda iki yüksək rütbəli polis zabitininin öldürülməsi kimi təxribatları göstərə bilərik.
Bu ilin aprel ayında isə Gəncə keçidi ilə eyni zolaqda, Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş tarixi, memarlıq və dini obyektlərdən ibarət olan Keşikçi Dağı Alban Məbəd Komplekslərinin ətrafında qonşu ölkənin şübhəli siyasi qruplarının “operator”luğunda hibrid texnologiyası və ənənəvi təbliğat üsulları ilə hər iki cəmiyyətlərə yönəlmiş, ölkələrarası gərginlik yaratma cəhdlərinin şahidi olduq.
Bu cəhdlər hər iki dövlət, strateji tərəfdaşlar -Azərabaycan və Gürcüstan rəsmilərinin təmkinli yanaşması ilə “zərərsizləşdirildi”. İki ölkənin rəsmilərindən kənarda dini rəhbərlər və nüfüzlu şəxslər Azərbaycan və Gürcüstan arasında ciddi problemin yaranmasına çalışan kənar qüvvələrin mövcudliğu haqqında fikirlər bildirdilər. Qonşu Gürcüstanın patriarxı II İlyanın Keşikçi Dağı Məbəd Kompleksi ilə bağlı fikirləri buna nümunədir.
Bu günlərdə isə ölkə mediasının diqqətini, yenə də Gəncə keçidi zolağında yaxın, Azərbaycanın Qax rayonunun Tanqıt kəndində kimliyi məlum olmayan bir qrupun XIX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Şayx Şamilin naibi Hacı Muradın güman edilən qalıqlarının icazəsiz olaraq Azərbaycandan çıxararaq Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqqında məlumatlar cəlb etdi. Mövzunu xronologiyası ilə ardıcıl yazsaq, bir neçə gün öncə qonşu dövlətin bir sıra kütləvi informasiya vasitələri iyunun 2-də Hacı Muradın qalıqlarının onun doğma kəndində - Dağıstanın Xunzax kəndində yenidən dəfn ediləcəyini haqqında məlumatlar getdi.
İlk gündən bu mövzuda diqqət çəkən və düşündürən əsas məqam mövzunun birinci məhz Rusiyada ənənəvi anti -Azərbaycan mövqeyi ilə seçilən və ermənipərəst dairələrə bağlı media orqanlarının yazması və yenə də eyni dairələrə mənsub medianın bu məlumatları tirajlanmasında rolu və xüsusi cənfəşanlığı oldu. Bir gün sonra isə Azərbaycan tərəfindən mediada Qax rayonunun ictimai fəallarının Hacı Muradın qəbrinin sinə daşının sökülməsinə şahid olmaları haqqında məlumatlar getdi. Eyni gündə Dağıstanda lokal mediada, xüsusi ilə internet versiyası sosial media üzərindən populyar olan saytda Dağıstanın Xunzax rayonunun başçısının müavini və mətbuat katibinə istinadən naibin qalıqlarının Dağıstanda yenidən dəfn ediləcəyi ilə bağlı məlumat, həmçinin rayonun rəsmi şəxslərinin dəfndə iştirak etməsi təkzib olundu. Rayon administrasiyasının mətbuat xidməti dəfnin həyata keçirən adamların kimliyi haqqında məlumatlara malik olmamaları haqqında fikirlər söylədi.
Onu da qeyd edək ki, Qax Rayon İcra Hakimiyyəti Hacı Muradın qəbrinə müdaxilə haqqında məlumatı araşdırır.
Hadisələrin gedişatını diqqətlə izləyəcəyik, lakin ilkin olaraq bu olayın da strateji Gəncə keçidi zolağında yeni bir təxribata cəhd olması haqda şübhələrimizə ciddi əsas var. Belə ki, Qafqaz müharibəsinin qəhrəmanının qalıqlarının ekshumasiyası naməlum bir qrup tərəfindən, hər iki dövləti rəsmi qurumlarının heç bir icazəsi olmadan həyata keçirilib və ən əsası bir neçə gündür bu mövzunun sosial media üzərindən şübhəli səhifələr tərəfindən daha geniş kütlələrə çatdırılması məqsədi ilə tirajlanır. Və ya ümumiyyətlə, baş verməmiş hadisə olmuş kimi sırınır.
Bütün bunları isə kəskinləşən Rusiya, İran və Qərb münasibətləri fonunda mürəkkəb regional çağırışlarının Qərbin yüz milyardlarla dollarlıq ticarətinin, həmçinin ABŞ prezidenti Donald Trampın məktubunda qeyd edildiyi kimi Orta Asiya enerjidaşıyıclarınının da yalnız bir real marşrutu olan Azərbaycanın adı ətrafında təhlükəsiz və stabil tərəfdaş imicinin pozulmasına yönələn uğursuz cəhdlərindən daha biri adlandıra bilərik...
Yeganə Hacıyeva, Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?