Nida Təhlil
Mehriban Zeynalova Fuad Qəhrəmanlının qızından danışdı: "Zorakılıq izləri varsa..." - FOTO
“İstənilən halda, ortada fakt varsa, məsuliyyət qaçılmazdır”.
Bu sözləri Publika.az-a açıqlamasında Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
.jpg)
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atası barədə sensasiyalı bəyanatla çıxışına münasibət bildirən M.Zeynalova qeyd edib ki, onun anası Zümrüd Yağmur kifayət qədər savadlı xanımdır və hər zaman zorakılıq əleyhinə çıxıb: “Düşünürəm ki, o, hüquqi prosedurları bilir və məsələnin qanuni yolla həll olunması üçün müraciət edəcək. Amma Fuad Qəhrəmanlının qızı Azərbaycanda olarkən zorakılığa məruz qalıbsa və bu haqda məlumat verməyibsə, deməli, faktın gizlədilməsi olub. Ya təhlükə olub, ya mental dəyərlərə görə atasının yanında onun haqqında danışmaqdan çəkinib. Bunu bilmirik. Amma mən düşünürəm ki, Zümrüd savadlı qadın olaraq problemin hüquqi prosedurlarını bilir. Əgər indiki halda fakt ortadadırsa, zorakılıq izləri varsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib tədbir görə bilər”.
Mehriban Zeynalova qeyd edib ki, o, qanunun tətbiqi məsələsinə daha çox diqqət yetirir: “Yəni Selcanın burada olduğu müddətdə baş vermiş zorakılıq faktları ilə bağlı müraciətini görməmişik. Ola bilsin ki, atası həbsdə olduğuna görə müəyyən məsələlər örtülü qalıb. Yəqin ki, Zümrüd xanım məsələ ilə bağlı açıqlama verəndə bütün bunlara aydınlıq gətirər. Amma istənilən halda, ortada fakt varsa, məsuliyyət qaçılmazdır”.
Onun sözlərinə görə, bir siyasi partiyanı təmsil edən adamın öz platformasında qadınlara qarşı zorakılığın aradan qaldırılması və digər məsələlərlə bağlı çıxış etməyə imkanı varsa, lakin evində zorakılıq törədirsə, onun davranışı yolverilməzdir: “Bu davranışlar sabah onlara siyasi təmsilçi kimi inamsızlıq yaradar, imiclərinə zərbə vurar. Ümumiyyətlə siyasilər, üzdə olan adamların zorakılıq törətməsi və buna dəstək verməsi həmin şəxsin nüfuzunun, eyni zamanda, etimadının yox olmasına gətirib çıxarır. Bu faktın özü həmin adamın etibarlılığını şübhə altına alır”.
Qeyd edək ki, Selcan Yağmur feysbuk hesabında yazdığı statusda atası Fuad Qəhrəmanlının anasının barmaqlarını sındırdığını və ona işgəncələr verdiyini bəyan edib və bildirib ki, atasından imtina edir.
Zümrüd
-
Magazin122:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu










.jpg)













.jpg)

.jpg)











