Nida Təhlil
Azərbaycanın qurumundan dünya miqyaslı uğur: Çin, Yaponiya, İsveç və ABŞ-la birgə...
“Bu gün Taylandın paytaxtı Banqkokda BMT-nin təşəbbüsü ilə Asiya-Sakit Okean Enerji Beyin Mərkəzlərinin Şəbəkəsinin (APNETT) yaradılması rəsmi olaraq bəyan olundu. Şəbəkənin əsas məqsədi multidisiplinar enerji ekspertizanın region üzrə şaxələnməsinə nail olmaqdır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) BMT tərəfindən şəbəkənin yaradılmasına və eləcə də onun təsisçilərindən biri olmağa dəvət olunan post-sovet məkanından yeganə beyin mərkəzidir”.
Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert, CESD-in rəhbəri Vüqar Bayramov qeyd edib.

Eskpertin sözlərinə görə, BMT-nin dəstəklədiyi qurumun yaradıcılarından olmaq onlar üçün qürurvericidir: “Enerji, xüsusən də neft bazarındakı volatillik fonunda qlobal beyin mərkəzlərinin rəsmi qurum çərçivəsində bir araya gəlməsi bu sahədəki proqnozlaşdırmaların sadəcə hökumətlərdən asılı olmadığını bir daha göstərir. Qlobal proseslərə beyin mərkəzlərinin təsiri gücləndirməkdədir və proses dünyanın aparıcı qurumları tərəfindən dəstəklənir.
Alyans dayanıqlı enerji inkişafı üzrə birgə tədqiqatlar aparacaq və region ölkələrinin hökumətlərinə mütəmadi olaraq təkliflər paketləri təqdim edəcək. Bu baxımdan yeni yaradılan qurum regional enerji proqramlarının daha səmərəli implimentasiyası, bu sahədə fəaliyyət göstərən regional və yerli qurumlar bilik və imkanlarının artırılması, regionu təmsil edən hökumət nümayəndələri, tədqiqatçılar ilə birgə görüşlərinin keçirilməsini reallaşdıracaq. Alyansın ofisi BMT-nin Asiya və Sakit Ökean ölkələr üzrə İqtiadi və Sosial Komissiyasının yanında Banqkok şəhərində fəaliyyət göstərəcək və ildə 2 dəfə təsisçilərin ümumi yığıncaqları təşkil ediləcək”.
Ekspert bildirib ki, CESD ilə yanaşı, Avstraliya, Yaponiya, Çin, İndoneziya, Malaziya, Sinqapur, Pakistan və eləcə ABŞ və İsveçi təmsil edən beyin mərkəzləri BMT-nin dəvəti ilə şəbəkənin təsisçiləri oldular: "CESD regional şəbəkənin formalaşından iştirak edən 10 qlobal beyin mərkəzindən biridir. Gələcəkdə alyansın genişləndirilməsi və bu sahədə uyğun təcrübəsi olan güclü beyin mərkəzlərinin tədqiqatlara cəlb edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, son 10 ildə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilən CESD BMT tərəfindən dünyanın enerji üzrə aparıcı beyin mərkəzlərindən biri kimi tanınır.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





