19 oktyabr aksiyasının sifarişçisi kim idi? - SENSASİON DETALLAR
Bizi izləyin

Nida Təhlil

19 oktyabr aksiyasının sifarişçisi kim idi? - SENSASİON DETALLAR

Azərbaycan müxalifətinin etiraz mədəniyyəti

Hər bir etirazın fəlsəfəsində davam edən, razı olmadığın proseslərə fikir bildirmək niyyəti durur. Bütün dünyada formalaşmış və qəbul olunmuş bir norma var ki, siyasi qrupların etirazları müəyyən proseslər ərəfəsində iqtisadi, sosial və ya siyasi sifariş əsasında keçirilir. Yəni, məntiqi olaraq davam edən proseslərə daxili sifariş əsasında etiraz edirlər. Azərbaycanda isə bu proses bir qaragürüh qrupun monopoliyasında, zaman-zaman kənar təsirlərdən hərəkətə gələn bir prosesdir. Məsələn, Ukraynada “narıncı inqlab” olanda narınca bürünüb etiraz edir, Gürcüstanda “qızılgül inqilabı” olanda əllərinə qızılğül alıb etiraz edirdilər. Türkiyədə qadına qarşı zorakılıq etirazları keçiriləndə, bizimkilər gender bərabərliyi əsasında etirazlar təşkil edirlər.

Yaxın Şərqdə islam təmayüllü inqilablar baş verəndə belə bizdə bundan da ilhamlanıb, eynisini yamsılamağa cəhd edirlər. Yəni, kənarda baş verən etirazların imitasiyası gedir. Proseslər imitasiya olunduğu kimi, simalar da yamsılanır. Məsələn, bloger Əli Kərimli hər prosesdə özünü bir xarici etirazçı liderə oxşatmağa çalışır. Məsələn, elə haqqında danışdığımız Navalnıy kimi. Ancaq məsələ ondadır ki, Navalnıy və qrupunun alətləri söyüşkən rus cəmiyyəti üçün uğurlu olsa da, Azərbaycanda isə əksinə, bu qruplara nifrət gətirir.

Nəyə hesablanmışdı?

Keçən həftə Aşqabadda MBD ölkələri rəhbərlərinin qapalı iclası, Bakıda isə Türkdilli Ölkələrin Şurası toplandı. Bu görüşlər regionda gedən proseslərin üzdə görünən tərəfləridir. Bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə, bu proseslərdə Azərbaycanın yeri və mərkəzi rolu, ən əsası isə Ermənistanın hansı səviyyədə qısnanması aydın gözə çarpdı. Türkiyənin "Barış Pınarı" sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsiri olması haqqında isə geniş danışmağa fikirimcə, ümümiyyətlə ehtiyac yoxdur. Çünki, bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna birbaşa təsir edən məsələlərdir. İndi sual yaranır: regionda kənar maraqların bu qədər qabarıq konfrantasiyası kimi həssas bir dönəmdə proseslərin mərkəzində olan Azərbaycan paytaxtında etiraz üçün icazəli yer olduğu halda, müxalifət mərkəzdə icazəsiz aksiya keçirib, qarşıdurma və çaxnaşma görüntüsü verməklə Azərbaycanla bağlı hansı mesajı ötürməyə çalışır? Və ən əsası, belə görüntünün verilməsi üçün sifariş onlara hardan gəlib?

Nə əldə etdilər?

1. Dünən Azərbaycan vətəndaşına bir daha aydın oldu ki, müxtəlif formasiyaları keçsə də, 90-cı illərin müxalifətinin əsl üzü cəmiyyət və ən əsası dövlətlə konfrantasiya təmayüllüdür. Bu illər ərzində yerli, xarici, beynəlxalq təşkilatlarin bu qədər təlimi, maarifləndirmə kursları və s. heç nəyə yaramayıb. Bu 26 il ərzində şüarları belə dəyişməyib.

2. Dünənki mitinqdə təşkilatçının şəxsi qisasçılıq motivlərini bu qədər qabartmasını daxildə və xaricdə ona loyal qrupları, ən əsası isə sifarişçiləri məyus etdi. Onun isterik dağıdıcı çıxışından sonra qarşı tərəf sabitlik, huzur, əmin amanlıq ünvanı kimi bir daha təsdiqləndi.

3. Və ən əsası, dünən küçədə şəxsən Əli Kərimli iflas etdi. Məhz dünəndən müxalif, şübhəli, mühacir, radikal səhifələrin “xalqın lideri oldu” mesajının arxasında da bu iflasın etirafı durur.

4. Dünən daxili, xarici təxribatçı qrupları öz vəzifə borcunu yerinə yetirən Azərbaycan Polisi məyus etdi. Ən əsası, polisin Əli Kərimliyə qarşı münasibəti onun iki gün öncə polisə itaətsizliyə çağırmasına cavab idi.

Qərbin münasibəti

Qərb dediyimiz təsisat monolit deyil. Qərb müxtəlif dairələrdən ( dövlət, təşkilat və s.) və bu dairələrdə müxtəlif maraqlara xidmət edən qruplardan ( siyasi, iqtisadi lobbi qrupları və s.) ibarətdir. Ancaq Qərb adlandırdığımız AB, ABŞ - təsisatın bəlli ünvanları, siyasi və təhlükəsizlik mərkəzləri Azərbaycan hakimiyyətini də, müxalifətini də yaxşı tanıyır. Detallara varmadan bir məqamı qeyd etmək istəyirəm: son iki ildə AB-nin kibertəhlükəsizlik institutları AB-də və maraq dairəsinə daxil olan regionlarda sosial media üzərindən hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid qapalı və açıq hesabatlar hazırladılar. Bu hesabatlarda Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı ölkədəki nüfuz agentlərinin (müxalifət liderləri, müstəqil, siyasi, ictimai simalar və s.) sosial media üzərindən təbliğatında kənar qüvvələrin, xarici xüsusi xidmət orqanlarının kiber təsisatlarının iştirakı haqqında informasiyalar var. Bununla yekunlaşdıraraq onu demək istəyirəm ki, Qərb adlandırdığımız, ünvanı bəlli olan təsisatlar, siyasi, iqtisadi, təhkükəsizlik mərkəzləri Azərbaycan müxalifətini tanıyır və onun kənar əlaqələrinin hansı səviyyədə olmasını bilir. Azərbaycanda məhz bu müxalifətin etirazlarla diqqətini çəkməyə çalışdığı dairələr ünvanı, məramı aydın olmayan, anti-Azərbaycan suaraqat təsisatlardır.

Yeganə Hacıyeva, beynəlxalq məsələlər üzrə ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm