Nida Təhlil
Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır
Məlum foto ilə bağlı saxtalaşdırmada ən çox diqqətimi cəlb edən məsələ hadisənin hansı ölkədə baş verməsi oldu.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Holdinqin baş direktoru, politoloq Aynur Camalqızı sosial şəbəkələrdə Brüsseldə baş verən aksiyada belçikalı polisin xanım aksiya iştirakçısına qarşı etdiyi vəhşiliyi əks etdirən fotonun Azərbaycan polisinin adına saxtalaşdırılması barədə danışarkən deyib.
Aynur Camalqızı qeyd edib ki, bu foto-təhrif bir çox məqamları üzə çıxartdı:
“10-15 il bundan öncə ənənəvi mediada belə saxtalaşdırmalar aparanda həm inandırmaq mümkün idi, həm də daha çox ərəb ölkələrindəki zorakılıq fotolarından istifadə edilirdi. Çünki qəzetdə bu fotonun orijinalını tapmaq olduqca çətin idi, digər tərəfdən isə zorakılığı qabartmaq üçün “üçüncü növ” ölkədə baş verənlərdən istifadə edilirdi.
İndi isə saxtalaşdırma üçün yalnız Avropa ölkələrinə “üz tuta” bilirlər. Birincisi, ona görə ki, Azərbaycan polisi təchizat baxımından avropalıdır. İkincisi, “təzyiqə məruz qalan” çadralı qadın deyil, avropalıdır və ərəb ölkələri ilə müqayisə mümkün deyil.
O ayrı məsələdir ki, bu saxtakarlığın ömrü bir “tıklama” qədərdir. İnternetdən istifadə edə bilən hər kəs sözügedən fotonun üstünə bircə dəfə tıklamaqla, orijinalını tapa bilər. Deyəsən, o saxtakarlığı edənlər “mübarizə metodları” kimi, bu məsələdə də çox geridə qalıblar və 20 il əvvəlki “metodologiya”larını davam etdirirlər”.
A.Camalqızı bildirib ki, saxtalaşdırma olsa belə, belə müqayisələr Azərbaycanın bu gün nə qədər sürətlə avropalaşdığını sübut edir:
“Azərbaycan bu gün sürətlə inkişaf edir və hətta saxtalaşdırmada belə, Avropada çəkilən fotolalardan istifadə “məcburi” hala çevrilir. Çünki hüquq-mühafizə orqanlarımız da Avropa ölkələri ilə təcrübə mübadiləsi aparır. Ona görə də indiki halda Azərbaycan polisinin Avropa polisi ilə əksər istiqamətlərdə oxşarlıq təşkil etməsində təəccüblü heç nə çoxdur. Unutmayaq ki, biz özümüzü Avropa coğrafiyasının bir parçası sayırıq”.
A.Camalqızının qeyd edib ki, bu gün Azərbaycan polisi təchizat baxımından avropalı polisdən heç nə ilə fərqlənmir: oxşar uniforma, eyni akserssuar, eyni sursat, eyni avtomobil:
“Qanunsuz aksiyaların qarşısını almaq üçün istifadə edilən əşya-sursatları Azərbaycan istehsal etmir, onların hamısını Avropadan idxal edirik. Azərbaycan polisini fərqləndirən yeganə cəhət isə onun azərbaycanlı olmasıdır. Azərbaycan polisi qadını təpik altına salmaz, üzünə bibər qazı sıxmaz...”
Politoloq həmçinin vurğulayıb ki, bu saxtalaşdırmanın özü Azərbaycana, Azərbaycan polisinə fərqli bir münasibət tələb edir:
“Avropanın paytaxtı sayılan Brüsseldə aksiyaçı qadına qarşı belçikalı polisin zorakılığını Azərbaycan polisinin adına saxtalaşdırmaq istəyən saxtakar özü də bilmədən ölkəmizin Avropa dövləti ilə müqayisədə necə yüksək olduğunu göstərdi. Azərbaycanı tənqid etməyə qalxan şəxsin bu saxtakarlığı əslində Avropa İttifaqının bəyanatına yaxşı bir cavabdır. Fransada son aylar ərzində nümayişçilərə tətbiq olunan zorakılıq nəticəsində 11 nəfər ölüb, minlərlə insan xəsarət alıb, onların arasında şikəst olanlar var. Azərbaycanda buna bənzər hansısa hal yaşanıbmı?
Bu foto-saxtakarlığı AB-yə təqdim etmək lazımdır. Qoy görsünlər ki, Avropadakı zorakılığın Azərbaycanda baş verdiyi yalanı ilə kimlər kimi və niyə aldatmağa cəhd edir!
Hesab edirəm ki, bir çox məqamda, xüsusilə öz vətəndaşına qarşı humanist davranmada avropalı polislər azərbaycanlı həmkarlarından nümunə götürməli, öyrənməlidirlər. Ən azı avropalı polis anlamalıdır ki, icazəsiz aksiyaya çıxan vətəndaşını öldürmək, şikəst etmək, qadınları təpik altına salmaq Azərbaycan polisinin təsəvvür belə etmədiyi zorakılıqdır”.
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı