Nida Təhlil
Fəxriyyə Xələfova: "Bu yükün əksər hissəsi..."
“Kütləvi İnformasiya Vasitələrinin daimi inkişafı, yenilənməsi sözün əsl mənasında prioritet istiqamətlərdən biridir. Azərbaycançılıq məfkurəsi gənclərə məhz KİV vasitəsilə çatdırılmalıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Televiziyası Bədii Şurasının üzvü, tanınmış rəssam-modelyer, Fəxriyyə Xələfova deyib.
Televiziya və Radio İşçilərinin Peşə Bayramı münasibətilə bu sahənin əməkdaşlarına təbrik ünvanlayan modelyer, Azərbaycan Televiziyasının onun üçün çox doğma məkan olduğunu deyib: “Çünki moda sənətinin təbliği ilə bağlı fəaliyyətimə məhz bu televiziyada başlamışam. 1999-cu ildə Azərbaycan Televiziyasında ilk dəfə yaradıcı kollektivlə birlikdə moda layihəsi təqdim etdim. Teleməkanda ilk dəfə moda rubrikası yayımlandı. Həmin dövrdən bu günə qədər teleməkanın bütün uğurları mənim üçün çox əzizdir. Hazırda bu korporasiya öz parlaq dövrünü yaşayır. Maraqlı verilişlər, studiyaların tərtibatı, yeni yanaşmalar, informasiya bolluğu çox əlamətdardır. Kütləvi İnformasiya Vasitələrimiz ana dilimizdə maraqlı məlumatlar yayımlamaqla yetişən gənc nəslin formalaşmasında rol oynayır. Milli-mənəvi dəyərlərimiz, qədim zəngin mədəniyyətimiz, irsimiz təbliğ olunur. Bu yükün əksər hissəsi isə Azərbaycan Televiziyasının öhdəsinə düşür”.
Əməkdar İncəsənət Xadimi Kütləvi İnformasiya Vasitələrinin daimi inkişafı və yenilənməsini, sözün əsl mənasında, prioritet istiqamətlərdən biri adlandırıb: “Azərbaycançılıq məfkurəsi gənclərə məhz KİV vasitəsilə çatdırılmalıdır. Bunun üçün bizim potensialımız və peşəkar kadrlarımız var. Jurnalistika fakültəsi fəaliyyət göstərir, orada yaxşı pedaqoqlar dərs deyir. Ona görə də mən gələcəyimizə çox optimist baxıram. Hesab edirəm ki, nailiyyətlərimiz hələ qarşıdadır”.
Zümrüd,
Foto: Ceyhun Rəhimov
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)









.jpg)
















.jpg)
.jpg)

