Nida Təhlil
Ərdoğan çantasında ABŞ-a nə aparır? - Vaşinqton səfərinin ŞOK DETALLARI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir.
Publika.az xəbər verir ki, Ərdoğanın Trampla görüşü ABŞ-Türkiyə münasibətlərinin gələcəyi baxımından önəmlidir.
“Yeni Şəfəq” qəzeti Ərdoğanın çantasında ABŞ-a nələr apardığını yazıb.
“Sülh Çeşməsi” əməliyyatı
Ərdoğan-Tramp görüşündə ən mühüm məsələ bu əməliyyatdır. Türkiyənin verdiyi 120 saatlıq möhlətdən sonra da PYD/YPG terrorçuları bölgədən çəkilməyib. Ərdoğan bunu bir daha Trampın üzünə də deyəcək.
Təhlükəsiz bölgə
“Sülh Çeşməsi” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənəcək yerlərdə yaradılacaq təhlükəsiz bölgə məsələsi görüşdə yenidən müzakirə olunacaq.
YPG rəhbərinin tələb edilməsi
Ərdoğan İnterpol vasitəsilə axtarışa verilən Məzlum Kobani kod adlı YPG lideri Fərhad Abdi Şahinin ABŞ-a dəvət edilməməsini, gələcəyi təqdirdə Türkiyəyə təhvil verilməsini tələb edəcək.
İŞİD-çilərin taleyi
İŞİD lideri Bağdadinin öldürülməsi və yaxın qohumlarının ələ keçirilməsi məsələsi müzakirə olunacaq.
Sanksiyalar və qondarma soyqırımı
Ərdoğan Nümayəndələr Palatasının qəbul etdiyi qondarma “erməni soyqırımı” qərarının, eləcə də sanksiyalarla bağlı qətnamənin Türkiyə üçün heç bir hökmünün olmadığını bildirəcək.
FETÖ ilə mübarizə
Ağ Evdə Türkiyə prezidenti amerikalı həmkarının önündə FETÖ rəhbəri Gülənin təhvil verilməsi məsələsini yenə qaldıracaq. “Xalq bank” məsələsinin gündəmə gələcəyi də gözlənilir.
İqtisadi hədəf və F-35 böhranı
Görüş çərçivəsində iki ölkənin ticarət dövriyyəsinin inkişaf etdirilməsi müzakirə olunacaq. Bununla yanaşı, ABŞ-ın F-35 proqramından Türkiyəni çıxarması da əsas məsələlərdən biridir.
Asif
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)









.jpg)

















.jpg)
.jpg)
