Nida Təhlil
Faş olunan əməllər: müxalifət xalqa açıqlama verməlidir - ŞƏRH
“Düşünürəm ki, Azərbaycanın siyasi müxalifətinin önündə gedənlər, özlərini müxalifət sayanlar artıq bu məsələ ilə bağlı çıxıb cəmiyyətə açıqlama verməlidirlər”.
Bu sözləri Publika.az-a Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın müxalifət partiyasının mühacir biznesi ilə məşğul olan bir qrup üzvünün saxlanılmasını şərh edərkən politoloq Azər Həsrət deyib.
Köhnə müxalifət üzvlərinin saxta siyasət oyunlarından və bu oyunların uğursuzluğa düçar olma səbəblərindən danışan politoloq bildirib ki, müxalifət adına siyasi mühacirətə getmiş şəxslərin bəziləri orada qara, çirkin əməllərlə məşğul olublar: “Azərbaycana qara yaxmaqla azərbaycanlıları aparıb Avropada siyasi mühacir kimi saxta şəkildə qələmə verirlər və bununla da özləri üçün biznes qurublar. Təəssüflər olsun ki, siyasi müxalifətin önündə gedən adamlar bizim bu dediklərimizi yalanlayırdı, davamlı şəkildə bizim guya böhtan atdığımızı, yalan danışdığımızı deyirdilər. Almaniya polisinin əməliyyatı nəticəsində bu adamların bir qrupunun saxlanılması, bir daha göstərir ki, bizim dediklərimiz havadan deyil. Yəni həqiqətən də əlimizdə tutarlı dəlillər olub, yalandan deməmişik bu fikirləri. Bizim dediklərimizi Almaniya polisi öz əməliyyatı ilə bir daha təsdiqlədi. Düşünürəm ki, Azərbaycanın siyasi müxalifətinin önündə gedənlər, özlərini müxalifət sayanlar artıq bu məsələ ilə bağlı çıxıb cəmiyyətə açıqlama verməlidirlər. Onların əməlləri faş olunub və faş olunan əməllərin işığında bu adamlar öz siyasi iddialarından belə əl çəkməlidirlər”.
Qeyd edək ki, cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
