Nida Təhlil
Avropadan Müsavata SƏRT SÖZLƏR: “Xəyanətə görə cavabınızı alacaqsınız”
“Sizlər bu millətin qara üzüsünüz. Siyasi mübarizəyə xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız”.
Publika.az xəbər verir ki, bu barədə Avropada yaşayan Nahid Cəfərov Almaniya hüquq-mühafizə orqanlarının Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) rəhbərliyinin Azərbaycan-Almaniya marşrutu üzrə “mühacir alveri” ilə məşğul olmasına dair istintaqa başlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu faktlarla bağlı hələ iki il öncə araşdırma dərc edib.
“Düz 2 il bundan öncə Müsavatda sənəd alveri ilə bağlı Meydan TV-də yazım getdi. Həmin yazıdan sonra bütün Müsavat heyəti düşdü üstümə və məndən sübut tələb etdilər. Sübutları ara-sıra bəzilərinə göndərdim. Daha sonra Laçın Məmişov çıxdı və sənədli, şahidli faktlar qoydu ortaya. Şahid Rəşad adlı birisi efirə çıxdı və zərərçəkmiş kimi çıxış etdi. Mehdi Xəlilbəyli adlı birisinin onu necə aldatdığını və Müsavatdan sənədi pulla necə aldığını efirdən səsləndirdi. Müsavat yenə də sübut tələb etdi. İndi də Almaniyanın tanınmış mətbuat orqanları Azərbaycandan saxta sənədlərlə insan daşıyan dəstənin zərərsizləşdirilməsi ilə bağlı yazılar dərc etməyə başlayıb. Nəticədə bizim ifşa etdiyimiz və Müsavatın müdafiə etdiyi Mehdi Xəlilbəyli haqqında 6 aylıq həbs qətimkan tədbiri seçildi. Müsavat əvvəl susdu və proseslərdəki boşluqları öyrənməyə çalışdı. Bütün bunlara cavab olaraq ilkin mərhələdə məqalədə Mehdi Xəlilbəylinin adının keçməməsindən yapışdılar və daha sonra onun-bunun statuslarından götürüb xəbər düzəltməyə başladılar. Adam həbsdədir, həbsi ilə bağlı konkret ad çəkilməsə də yaşadığı şəhər və yaşı qeyd edilib. Bəzi müsavatçılar isə iddia edir ki, yox, orada deməli idi ki, bu, Mehdi Xəlilbəylidir və biz onu Müsavata görə həbs edirik. İşin daha da qəlizləşdiyini görsələr, Mehdi Xəlilbəylidən imtina edəcəklər və deyəcəklər ki, biz onu çoxdan qovmuşuq partiyadan. Bir şeyə əmin olun. Sizlər bu millətin qara üzüsünüz. Siyasi mübarizəyə xəyanət edirsiniz və buna uyğun da cavabınızı alacaqsınız”, - deyə o bildirib.
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var










.jpg)














.jpg)



.jpg)









