Nida Təhlil
Müsavat bir gündə 80 saxta sənəd verib – “Siyasi mühacir” biznesində YENİ FAKTLAR

Almaniyada Müsavat Partiyasının “siyasi mühacir” məsələsi ilə bağlı cinayət işinin açılmasından sonra ortaya yeni faktlar çıxmaqda davam edir. Koblenz məhkəməsinin “siyasi mühacir” işi ilə bağlı qərarında adı müqəssir olaraq keçən Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsənin bir gündə 80 saxta vəsiqə verdiyi faktı yayılıb.
Publika.az xəbər verir ki, bu faktı Müsavat Partiyasının üzvü, Almaniyada yaşayan Yafəz Əkrəmoğlu açıqlayıb.
Açıqlanan faktda İ.Həsənin imzası ilə verilən 3 vəsiqə təqdim edilib: 2016-cı ilin 5 dekabrda 36 saylı, 2017-ci ilin 18 aprelində 16 saylı, həmin ilin 19 aprelində 96 saylı vəsiqə.
Y.Əkrəmoğlu deyir ki, burada tarixlərə və nömrələrə diqqət etmək lazımdır.
“36 saylı vəsiqə 5 dekabr 2016-cı ildə verilib. Bundan 4 ay sonra, 18 aprel 2017-ci ildə isə 20 rəqəm aşağı olmaqla 16 saylı vəsiqə verilib. Normalda ən az 37-ci vəsiqə verilməli idi. Nömrә sayları artmaq yerinә azalıb. Bu maxinasiyaya hesablanmış taktikadır. Әlavә olaraq, 17 apreldə 16 saylı, bundan bir gün sonra, 18 apreldә isə 96 saylı vəsiqə verilib. Bu o demәkdir ki, İlham Həsən bir gün ərzində 80 vəsiqə paylayıb. Dekabr və aprel ayları arasında - 4 ay ərzində, sayın 36-dan yuxarı qalxmaq əvəzinə, әksinә aşağı, 16-ya düşməsi bilərəkdən edilən saxtakarlıqdır. Bu da maxinasiyaya yol açır”, - deyə o bildirib.
Müsavat üzvü qeyd edir ki, bu saxtakarlıqlarla bağlı partiya rəhbərliyinə məlumat verib: “Bu vә digәr saxtakarlıqları partiya rәhbәrliyinә çatdırmaq üçün 2017-ci ildә Müsavat Divan üzvlәrindәn ibarәt “Vatsap” qrupu yaratdım. İsa Qәmbәri dә bu qrupa әlavә etdim. O vaxt bu mәsәlәlәrin xaricә çıxmasını istәmirdim vә inanırdım ki, daxildә hәr şey öz hәllini tapacaq. Tәәssüf ki, belә olmadı vә bu mәsәlәdә sәsimә sәs verәn vicdanlı partiya rәhbәrlәrinin sayı az oldu. Mәhz bu saxtakarlıq haqda mәlumat verәndәn sonra, 17 iyun 2017-ci ildә qrupda belә bir cümlә yazmışdım: “Almanlar bu saxtakarlıqdan xәbәr tutsalar, heç bağışlamayacaqlar. Bu dәfә AKM dә bağlanacaq, bu saxtakarlığı edәnin kitabı da”. Bunu aşağıda, vәsiqәlәrin yanında paylaşdığım, qrupdan skrin etdiyim şәkil dә sübut edir. Son iki cümlәyә diqqәt edin. O vaxt Arif Hacılı vә әtrafı mәnim bu xәbәrdarlığımı qulaqardına vurdular. Ancaq bu gün hәmin dediklәrim öz әksini tapır”.
Bu fakt “siyasi mühacir” biznesinin başında Müsavat rəhbərliyinin dayandığını, onların saxta vəsiqələrlə pul qazandığını bir daha sübut edir.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bu faktları təkzib edərək, “növbəti blefdir” deyə yazıb.
“Bu məsələni Tofiq Yaqublu vaxtilə Divanda qaldırıb və ona ətraflı cavab verilib. Sadəcə dəftərxana qaydalarını bilməməkdən yaranan texniki xətadır. Müsavat AKM-ni tərk etmiş şəxsin vəsiqəsi ləğv edilsə də, həmin vəsiqənin nömrəsi başqa şəxsə verilib. Bu bir gündə 80 vəsiqə verilməsi anlamına gəlmir. Bunu AKM üzvlərinə vəsiqələrin verilməsi siyahısına baxmaqla da aydınlaşdırmaq olar. Bu iş mənə tanışdır. Birinci gün bu məsələ ilə bağlı araşdırmanın nəticələrini yaya bilərəm”, - o bildirib.
Lakin Müsavat Partiyasının üzvü Tofiq Yaqublu sosial şəbəkə hesabında partiya rəhbərliyinin saxta arayışlarla bağlı araşdırma istəyinə cavab vermədiyini yazıb: “2016-cı ildən partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb etmişəm, ancaq buna imkan verilməyib. Hörmətli başqan Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının adına bir ərizə də yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın da mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində həmin arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, elə ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb edirlər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa açıqlayacam. Siz hələ ortada olan suallara cavab verin”.
T.Yaqublu Arif Hacılı və “siyasi mühacir” işində onunla əlbir olanların məsuliyyətdən yayınmaq üçün “AKM-nin Müsavat aidiyyəti yoxdur” iddiasını da yalan çıxarıb.
“AKM Müsavat Partiyasının strukturudur, onun rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb. Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə QHT kimi qeydiyyatdan keçirməyə məcbur oldular. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat Partiyasına aidiyyəti olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki, içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib, yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda da evin ona aid olmadığını deyir”, - Yaqublu bildirib.
T.Yaqublunun bu fikirləri müsavatçılar arasında ciddi söz savaşına səbəb olub. Hazırda Müsavat Partiyası “siyasi mühacir” biznesindən pul qazanan başqan Arif Hacılı ilə komandası və digərlərinin arasında bölünüb. Əksər müsavatçı Arif Hacılını istefaya çağırır, qarşı tərəf və onun tərəfdarları isə müxtəlif “arqumentlərlə” diqqəti yayındırmağa çalışır.
Asif Nərimanlı

-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu