Nida Təhlil
Milli Şuranın üzvü Eldəniz Quliyev və Xədicə İsmayılı İFŞA ETDİ
Əli Kərimlinin təhdid və qorxu dolu daxili dünyası gerçəklərini qiymətləndirməsinə maneə olur. Onun ən böyük gerçəyi yalan və hiylə üzərində formalaşır. Buna görə, tez-tez haqqında olan gerçəkləri gözdən itirməyə çalışır. Daha doğrusu, apardığı analizlərində həqiqətlərin qəlibinə öz gerçəklərini doldurur.
Bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. Hətta Ə. Kərimli el arasında deyildiyi kimi “ən axırıncı yoldan” da istifadə etməkdən belə çəkinmir.
O, heç vaxt özündən başqasını anlamayıb. Çatmaq istədiyi məqsədləri uğrunda rahatlıqla ən yaxın adamını belə əzməyə hazırdır. Hər kəsə məlumdur ki, Əli Kərimli özünü “qəhrəman” etmək, “lider” kimi insanlara sırımaq üçün bütün variantlardan istifadə edir. Gah yalandan başına sarğı vurur, gah da qarnını tutur. Bununla da siyasi xal qazanmağa çalışır. Ə.Kərimlinin bu oyunları onun ətrafında olan digər insanları da cana doyurub.
Nəticədə müxalif düşərgəsində yeni gərginlik yaranıb. Redaksiyamızın əldə etdiyi məlumata görə vaxtaşırı ayrı-ayrı budaqlara qonan Tofiq Yaqublunun Repressiya və İşgəncələr Əleyhinə Komitəyə rəhbər təyinatı ilə bağlı Komitə üzvləri arasında narazılıqlar baş alıb gedir. Belə ki, Müsavatın siyasi mühacir biznesi böhranından yararlanan Əli Kərimli yenidən Tofiq Yaqubluya "stavka" edir. Bu gün heç kəsə sirr deyil ki, AXCP sədri Əli Kərimlinin xəmiri şantajla yoğrulub və o, partiyada özünə qarşı çıxan istənilən tərəfi hər zaman şantajla hədələyib. "Siyasi fəaliyyəti" xəyanətlərlə, satqınlıqlarla, ikiüzlülüklərlə və bu qəbildən başqa-başqa "məziyyətlər"lə bol olan AXCP sədri Ə.Kərimlinin kimliyi hər zaman Azərbaycan cəmiyyətinə bəlli olub.
Əli Kərimli Tofiq Yaqubludan necə istifadə edir? Kərimlinin Yaqublu kartı ifşa olundu...
Qeyd etyiyimiz kimi Ə.Kərimli məqsədlərinə çatmaq üçün hər zaman kimlərisə alət edərək onların arxasında gizlənir. Ə.Kərimlinin artıq "yeni məziyyəti" də üzə çıxıb. Bu dəfə Ə.Kərimlinin oyuncağı Tofiq Yaqublu oldu.
Tofiq Yaqublu vasitəsilə “Müsavat” partiyasını ələ keçirmək cəhdi uğursuzluqla nəticələnsə də, yenidən başqa hədəfə hücuma keçdiyinə dair etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlar var. Əli Kərimli əlində alətə çevirdiyi T.Yaqublu vasitəsi ilə Müsavat Partiyasına təsir etmək imkanı əldə edəcəyini düşünürdü.
Xatırladaq ki, son vaxtlar Müsavat başqanı Arif Hacılının miqrant alveri məsələsində ifşasından sonra onun istefası tələb edilir və tələb edənlər arasında Əli Kərimliyə yaxınlıqları ilə seçilən AXCP üzvləri də var. Beləliklə, Tofiq Yaqublu Milli Şuranın sədri seçilərsə, Əli Kərimli Müsavat Partiyasına təsir imkanlarını artırmaqdan ötrü, yəni şəxsi maraqlarını təmin etmək üçün Tofiq Yaqubluya müəyyən vədlər də verib - Arif Hacılını sıxışdırıb onu başqanlıq postuna doğru yönəltmək. Əbəs deyil ki, məlum olaylardan sonra Tofiq Yaqublu Arif Hacılıya qarşı ittihamlar səsləndirməyə başlayıb. Yəni Əli Kərimli hazırda öz məqsədlərini həyata keçirmək üçün Tofiq Taqublunu silah qismində istifadə edir. Daha bir danılmaz həqiqət isə Oqtay Gülalıyevlə bağlıdır. Əli Kərimli hüquq müdafiəçisinin düşdüyü vəziyyətdən kifayət qədər məmnundur. Çünki Tofiq Yaqublu onun üçün Oqtay Gülalıyevi bu məsələdə də əvəzləyə bilər. AXCP sədri kirli planlarını həyata keçirmək üçün necə deyərlər, bir güllə ilə iki dovşan vuracağını düşünür. Lakin bu gedişatla, AXCP sədri anidən özünü "yandıra" bilər...
Trend-in əldə etdiyi məlumata görə, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran dərnəyin üzvü İbrahim İbrahimli Eldəniz Quliyevi, Azərbaycana qarşı informasiya müharibəsi aparan ermənilərin göz bəbəyi sayılan Xədicə İsmayılı xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhələndiyini bildirib. Dərnəyin daxilində mövcud olan mənbəmizin bildirdiyinə görə İbrahim İbrahimlinin mövqeyi son dövrlər onun ailə üzvlərini də hiddətləndirib. İbrahimin ailə üzvlərinin “hiddəti” artıq dərnəyin bəzi üzvləri arasında narahatlığa səbəb olub. Hətta İbrahim İbrahimlinin ailə üzvlərinin səhərisi gün onun üzünə dura biləcəyi ilə bağlı fikirlər səsləndirilib.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?