Nida Təhlil
Bakının təqdim etdiyi sənəd İrəvanda qorxu yaratdı – MÜHARİBƏYƏ HAZIRLIQ
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Bratislavada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında rəsmi Bakının münaqişəyə dair təqdim etdiyi mövqeyi Ermənistanda müharibə qorxusunu artırıb.
Publika.az xəbər verir ki, erməni ekspert Stepan Qriqoryan Azərbaycanın bu sənədi dövriyyəyə salmasının təsadüfi olmadığını və mesaj xarakteri daşıdığını bildirib.
“Azərbaycan əvvəlki mövqeyindən imtina etmir. İndi bizim nə edəcəyimiz maraqlıdır. Hesab edirəm ki, “Miatsum” ideyası üzərindən hərəkət etməli və Qarabağın Ermənistana rəsmi birləşdirilməsinə çalışmalıyıq. İndi, ən azından, müəyyən qurumlarımız birləşdirilməli və müharibəyə hazırlaşmalıyıq”, - o qeyd edib.
S.Qriqoryan Bakının bəyanatının kifayət qədər ciddi olduğunu bildirib və iddia edib ki, Azərbaycan güc variantına müraciət edə bilər: “Biz ordunu gücləndirməli və “Miatsum” ideyasını davam etdirməliyik. İndi, bu, çox əhəmiyyətlidir”.
Qeyd edək ki, Azərbaycanın təqdim etdiyi rəsmi mövqeyində qeyd olunur ki, “Həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycan daxilində bölgənin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrı-seçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq”.
Asif
-
Rəsmi xronika14:20İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
-
İdman13:52Dünya bundan danışır: “Real”ın ulduzu oğurlanıb və öldürülüb - FOTO
-
MDB13:46Şimali Koreya Rusiyaya daha 10 min əsgər göndərir: Zelenski Putinin planını açıqladı
-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu











.jpg)






.jpg)



















.jpg)
.jpg)

