Nida Təhlil
Azərbaycan-Ukrayna münasibətlərində yeni pəncərə açıldı - ŞƏRH
Azərbaycan-Ukrayna münasibətləri dinamik inkişaf tempinə malikdir və iki dövlət arasında iqtisadi, ticarət, siyasi dialoq, humanitar sahələrdə əməkdaşlıq məsələləri kifayət qədər vacib potensiala malikdir.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Dövlətlər arasındakı əməkdaşlıqdan danışan deputat sözlərinə belə davam edib: “Azərbaycan Prezidenti ilə Ukrayna Prezidentinin həm təkbətək, həm də geniş tərkibdə görüşü bir daha onu göstərir ki, Azərbaycan və Ukrayna fundamental məsələlərdə ortaq mövqedən çıxış edir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə münasibətdə hər iki dövlətin eyni yanaşması mövcuddur. Bu da hər iki tərəfdən qarşılıqlı anlaşma şəraitində qəbul olunan məsələlərdir. Xüsusilə təhlükəsizlik sahəsində Bakı-Kiyev münasibətlərinin inkişaf etdirilməsi üçün daha geniş imkanlar mövcuddur və bundan maksimum faydalanmaq lazımdır. Hesab edirəm ki, turizm və humanitar sahədə əlaqələrin inkişafı üçün Azərbaycanın yaxşı imkanları var. Zelenskinin Bakı Slavyan Universitetində keçirdiyi görüşü də dediklərimizi bir daha təsdiq edir. Baş nazirlə olan görüş bir daha onu göstərdi ki, əsas diqqət ikitərəfli iqtisadi əlaqələrin daha da genişlənməsinə fokuslanacaq.
İki dövlət arasında biznes forumun keçirilməsi önəmli məsələdir. Bu forum, nəticə etibarı ilə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə, yeni sahələrin tapılmasına və həmin sahələrin inkişafına yönəlmiş addımdır. Tədbir göstərdi ki, bir çox sahələrdə azərbaycanlı və ukraynalı iş adamları ortaq mövqedən çıxış edə bilərlər. Belə forumların keçirilməsi və əldə edilən ilkin razılaşmalar nəticə etibarı ilə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar pəncərəsi açmış oldu. Təbii ki, hər bir səfər imzalanan sənədlərlə yadda qalır. İmzalanmış sənədlər də göstərir ki, Azərbaycan və Ukrayna şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıldı, eyni zamanda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi çərçivədə addımlar atıldı. Bunların hamısı nəticə etibarı ilə ənənəvi Azərbaycan-Ukrayna dostluq münasibətlərinin yeni müstəviyə çıxarılması üçün yaxşı imkanlar yaradır. İlham Əliyev-Vladimir Zelenski dialoqu, onların əməkdaşlığa dair səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir ki, bundan sonra Azərbaycan-Ukrayna münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı üçün hüquqi normativ baza genişlənəcək”.
Tağı Həsənov
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO






































