Nida Təhlil
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR
“Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçirildi. Nazirlər ayrı-ayrılıqda da görüşüb fikir mübadiləsi apardılar. Bu, 3 ölkənin xarici işlər nazirləri arasında 8-ci görüşü idi”.
Publika.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin məsələ ilə bağlı analizində qeyd olunub.
Tbilisidəki görüşdə hansı razılaşmalar və qərarların qəbul edildiyi ilə bağlı hazırlanan məqalədə 6 bənddə görüşün detallarına şərh verilib:
- Enerji, nəqliyyat və müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 2020-2022 illəri əhatə edən yeni plan imzalandı. Bu müxtəlif sahələrdə konkret əməkdaşlıq əlaqələrinin inkişafına təkan verməlidir.
- Nazirlər qeyd etdilər ki, bölgədə mövcud olan konfliktlər sülh və təhlükəsizliyə təhlükə törədir. Ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qorunması vacibdir və bu baxımdan üçtərəfli əməkdaşlıq vacibdir. Nazirlər bir daha qeyd etdilər ki, bölgədə mövcud olan münaqişələr ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Üçtərəfli görüş çərçivəsində imzalanan birgə bəyanata Azərbaycan tərəfindən tam təhlükəsizliklə bağlı bölmə əlavə edilməsi təklif edildi və bu təklif qəbul olundu.
- Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə qeyd etdi ki, Keşikçidağ məsələsi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində öz həllini tapacaq. Yəni gürcü nazir demək istədi ki, Tbilisi Keşikçidağ məsələsində Bakı ilə münasibətlərdə problem istəmir. Bu Azərbaycanın da maraqlarına uyğundur. Hazırda müvafiq komissiya öz fəaliyyətini davam etdirir.
- Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları ən qısa zamanda biznes əlaqələrini genişləndirmək məqsədilə toplaşacaqlar. Bu toplantı 3 ölkənin biznesmenləri üçün yeni əməkdaşlıq platforması yaratmalıdır.
- Tbilisidəki görüşdə vurğulandı ki, Bakı-Tbilisi-Qars dəmir yolunun və Dəmir İpək Yolunun gücləndirilməsi məqsədilə xəttin tutumunun artırılmalı və infrastruktur çatışmazlığı aradan qaldırılmalıdır. Bu da vacib razılaşmadır. Çünki, nəqliyyat xətti işə düşsə də, müxtəlif səbəblərdən hələ ki, tam gücüylə işləmir. Bu səbəblər aydılaşdırılmalı və problemlər qısa zamanda həll olunmalıdır.
- Tərəflər müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq etdilər, müdafiə sənayesində növbəti əməkdaşlıq, üçtərəfli təlim və məşğələrdə əməkdaşlığın, eləcə də yüksək səviyyəli görüşlərin zəruriliyini vurğuladılar. İl ərzində 3 ölkə arasında birgə hərbi təlimlər keçirilir, müdafiə nazirləri görüşürlər. Sonuncu görüş bu il Qəbələdə olmuşdu. Bu da əməkdaşlığın çox vacib qollarından biridir.
Beləliklə, Azərbaycan-Gürcüstan-Türkiyə siyasi və iqtisadi əməkdaşlığı bölgədə ciddi amilə çevrilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidəki mətbuat konfransında bu əməkdaşlığı haqlı olaraq belə qiymətləndirdi: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq təkcə strateji əhəmiyyət kəsb etmir, üç ölkə ittifaq səviyyəsinə yüksəlib. Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi və iqtisadi sahələrdə ümumi mövqeləri var”. Söhbət üçlü ittifaqdan gedirsə, ara-sıra yaranan problemlər ittifaqa zərər verilmədən həll edilməlidir”.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı