Nida Təhlil
Təşviqat kampaniyalarında PR texnologiyalarının tətbiqinə ehtiyac var - ŞƏRH
“Seçkiqabağı təşviqat kampaniyalarında PR texnologiyalarının tətbiqinə ehtiyac var”.
Bunu Publika.az-a açıqlamasında seçkiqabağı vəziyyəti təhlil edən politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, ötən illərlə müqayisədə builki seçki kampaniyası daha fəal keçir: “Təxminən bir dairədən 15 namizəd qeydə alınıb. Digər tərəfdən isə rəqabət aparan namizədlər müxtəlif platformalardan çıxış edir. Bu da seçki mühitinə yeni ahəng qatır. Sosial şəbəkələrdə fəal şəkildə diskussiyalar aparılır. Bəzi dairələrdə xoşagəlməz hallar yaşanır. Bu da siyasi mədəniyyətin az olması ilə bağlıdır. Ancaq ümumən bu hallar gedişata destruktiv element gətirmir. Çünki oxşar situasiyalar bu və ya digər şəkildə başqa ölkələrdə də mövcuddur”.
İ.Vəlizadə vurğulayıb ki, namizədlərin çoxluğu qazanma ümidindən doğur: “Namizədlərin sayının çoxluğu onu göstərir ki, nəinki seçicilər, həm də öz namizədliyini irəli sürən şəxslərdə ümidlər var. Onlar başa düşürlər ki, dövr dəyişib, yeni fikirlərə, yanaşmalara ehtiyac var və öz güclərini sınayırlar. Elə bir ümid olmasa, yəqin ki, bunu etməzdilər”.
Politoloq qeyd edib ki, cəmiyyətdə maraq oyatmaq üçün aktiv və düzgün təbliğat aparılmalıdır: “Cəmiyyət tərəfindən seçkilərə olan maraq dairədən-dairəyə fərqlənir. Elə dairələr var ki, maraq böyükdür. Bəzilərində isə əksinə. Namizədlərdən çox şey asılıdır. Passiv namizədlər seçkiqabağı təşviqatı zəif apardıqda seçicilərdə maraq doğurmur. Dairələr də var ki, orada tanınmış simalar iştirak edir. Ora həm əhali tərəfindən böyük maraq olur, həm də rəqabət güclü gedir”.
Politoloq real vədlər verən namizədlərdən də danışıb: “Bəzi namizədlərin plakatına baxdıqda, yumşaq desək simamızda təbəssüm yaranır. Aydın olur ki, bu adam siyasi platformadan daha çox özünü reklam edir. Yaxşı bir məsəl var: “elin gözü tərəzidir”. Əlbəttə, vətəndaşlar bunu aydın müşahidə edir. Amma elə namizədlər də var ki, ciddi fikirləri var. Onlar məlum plakatlarda və seçkiqabağı təşviqat kampaniyalarında daha çox real şeylərdən danışır. Nağıllar və saxta vədlər vermir. Real problemləri vurğulayıb həlli yollarını deyirlər. Onlara seçicilər tərəfindən diqqət böyük olur. Açıq deyək, hamı çalışır ki, müəyyən mənfəət qazansın. Həm seçicilər, həm də seçilənlər. Seçicilər üçün də vacibdir ki, hədər yerə kimsə seçilməsin. Onlar öz seçimlərində uduzmasınlar. Qalib olan namizədin öz dairəsi üçün müəyyən faydaları olsun”.
İ.Vəlizadə seçkiqabağı təşviqat kampaniyalarında PR texnologiyalarının tətbiqinə ehtiyac olduğunu vurğulayıb: “Hiss olunur ki, Azərbaycanda siyasi PR texnologiyaları kifayət qədər yetərli deyil. Bu sferada bir müddət işləmiş şəxs kimi deyə bilərəm ki, imicin tərtib olunması əsas məsələdir. Platforma üzərində işlər aparılmalıdır. Plakatlarda vizual təbliğata diqqət yetirilməlidir. Videolarda seçicilərin istəyi nəzərə alınmalıdır, seçilənin yox. Bu dediyim məqamlar bir çox hallarda hiss olunmur. Ehtiyac var ki, bu sahədə politexnoloqlar da işləsin. Dinamikaya ehtiyac var. Digər ölkələrin təcrübəsindən yararlanmalıyıq. Son nəticə etibarilə, bunlar siyasi mədəniyyətin yüksəlməsinə gətirib çıxarır. Dediyim amillər nəzərə alındıqda cəmiyyətin daxili-siyasi dinamikası daha da püxtələşir”.
Məhərrəm Əliyev
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”





































