Nida Təhlil
Yeni parlament xalqın iradəsinə söykənəcək - Aydın Quliyev
Ölkədə seçkiqabağı mühitlə bağlı indiyə kimi mövcud olan ictimai-siyasi sabitliyin davamı olan prosesləri və onun nəticələrini görürük. Hər bir namizəd qanunvericilik çərçivəsində təşviqat kampaniyası ilə məşğuldur.
Bu fikirləri Publika.az-a açıqlamasında seçkiqabağı prosesi şərh edən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev səsləndirib.
Baş redaktor qeyd edib ki, seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərə biləcək pozuntu və neqativ hallar müşahidə olunmur: “Seçkiqabağı mühit standartlara cavab verir. Namizədlərin mövcud qanunvericilik çərçivəsində təşviqat kampaniyası aparmasına maneçilik törədən hər hansı nüans görmürəm. Onların kampaniyasını malik olduqları resurslara adekvat hesab edirəm. Təbii ki, təşviqat kampaniyalarının səviyyəsi arasında müəyyən fərqlər var. Kimlərsə aktivdir, kimlərsə ümumiyyətlə görünmür. Düşünürəm ki, bu, hər bir iddiaçının, namizədin malik olduğu potensialdan nə dərəcədə istifadə edə bilməsinin nəticəsidir”.
A.Quliyev seçkiqabağı rəqabət mühitindən də danışıb: “Dairələrin bəzilərində fəal rəqabətlilik mühiti hiss olunur, bəzilərində isə rəqabətdən əsər-əlamət yoxdur. Bu da fikrimcə, hər bir dairədə olan fəal namizədlərin ortaya qoyduğu potensialla bağlıdır. Rəqabətlilik mühitinin aşağı səviyyədə olduğu dairələrdə sözsüz ki, bütün ağırlıq seçicilərin üzərinə düşəcək. Yəni seçicilər həm səs vermək, həm də səs verməmək məsələsində artıq bütün qərar və hüququ özlərində saxlayırlar. Bir sıra dairələrdə elə təsadüfi namizədlər var ki, orada geniş və fəal rəqabətin olması sadəcə olaraq mümkünsüzdür. Yəni seçki dairəsində insanların tanımadığı, özünün indiyə qədərki fəaliyyəti ilə diqqət cəlb edə bilməyən namizədlər, deputat statusunu daşımağa layiq olmayanlar da var. Məsələn, çoxlu sayda işsiz adamlar var ki, namizədliklərini irəli sürüblər. Belə insanların rəqabət mühiti yarada biləcəyinə inanmaq möcüzədir. Elan olunmuş seçki platformalarının bir qismi başdan-ayağa sosial xarakterlidir. Yəni bu mənada ki, yol çəkəcəyəm, xeyir-şər evi tikdirəcəyəm kimi sosial xarakterli şüarlara cəmiyyət artıq inanmır. Bəzilərinin platformasında hakimiyyətin ünvanına radikal şüarlar var. Cəmiyyət belə şüarlardan çəkinir, onlara dəstək vermir. Amma fikrimcə, bir sıra dairələr də var ki, orada rəqabətlilik mühiti yüksək səviyyədə təmin olunub. Hazırda buraxılmış parlamentin üzvü olan və təkrar namizədliyini vermiş bir sıra populyar və həqiqətən də seçicilərin dəstəyinə söykənən deputatlığa namizədlər də var. Onlar həmin dairədə çox maraqlı rəqabət mühiti yarada bilirlər”.
Baş redaktor vurğulayıb ki, ictimai rəydə parlament seçkiləri ilə bağlı maraqlı tezislər dolaşmaqdadır: “Demək olar bütün dairələrdə seçicilər namizədlər arasında müqayisə aparır. Bu da onların namizədlərlə bağlı aktiv müşahidə və təhlil mövqeyində olduğunu göstərir. Cəmiyyət həqiqətən bu parlamentin tərkibcə tamamilə yeni olacağını gözləyir. Eyni zamanda hesab edir ki, əgər parlament yeni tərkibdə olacaqsa, bu həqiqətən ölkədəki islahatlar prosesinin tərkib hissəsi olacaq. Əgər yeni isimlər ictimaiyyətin gözlədiyi səviyyədə olacaqsa, o zaman bu parlamentin xalqın iradəsinə söykənəcəyini bu başdan qəti şəkildə söyləmək mümkündür”.
Aydın Quliyev hesab edir ki, seçkidə iştirak edəcək beynəlxalq müşahidəçilər nəticələrə obyektiv qiymət verəcək: “Budəfəki seçkinin bir sıra özəllikləri var. Onlardan birincisi odur ki, əgər əvvəlki seçkilərdə iş adamları parlamentdə daha çox fəallıq göstərirdilərsə, bu dəfə onların yerini demokratik kontingentin tutması maraqlı təzahürdür. Xüsusilə də gənclər, orta yaş təmsilçiləri bu seçkilərdə üstünlük təşkil edirlər. Sözsüz ki, hər kəs mandat ala bilməsə də, təşkilatçılıq, intellektual düşüncə və peşəkarlıq baxımından özünü göstərmək üçün geniş imkanlara malikdir. Ona görə də mandat alanlar mandat sahibi, digərləri isə müəyyən sahələrdə maraqlı və geniş potensial sahibi kimi, fikrimcə, dövlət idarəçiliyində gərəkli ola bilərlər. Ən müxtəlif elmi təşkilatlarda, idarəetmə qurumlarında, hüquq-mühafizə orqanlarında seçkinin gedişində öz potensialını nümayiş etdirmiş insanların seçkidən sonra həmin istiqamətlərdə istifadə olunması çox əhəmiyyətli olardı. Bu, həm ölkənin kadr potensialının yeniləşməsinə, həm də məşğulluğa öz töhfəsini verər”.
Tağı Həsənov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO