Nida Təhlil
Daxili kreditləşmə institutlarına ehtiyac var - Elşad Məmmədov
“Ötən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramının icrasının uğuru ilk növbədə bank sektorundakı siyasətin iqtisadiyyatın maraqlarına nə dərəcədə maraq verməsindən asılı olacaq”.
Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı alim Elşad Məmmədov deyib.
İqtisadçı ilk 3 proqramın nəticələrindən danışıb: “Azərbaycanda sosial-iqtisadi inkişafın regional aspektdə dayanıqlığı üçün 3 dövlət proqramı icra olunub. Bu icraolunma müddətində biz gördük ki, doğrudan da regionlarda bir sıra problemlərin həlli istiqamətində müsbət dinamika müşahidə edildi. İlk növbədə infrastruktur layihələrin xeyli hissəsi reallaşdırıldı. Amma bununla yanaşı infrastrukturun müasirləşməsi kompleksli olmalıdır. Burada hansısa boşluğun yaranması bütövlükdə iqtisadiyyatın şaxələndirilməsinə, dayanıqlığına ciddi ziyan vura bilər. Ona görə də 4-cü proqramın da ilk növbədə infrastruktur modernləşməsi ilə bağlı olduğunu görürük”.
Ekspert bildirib ki, başa çatmamış işlərin reallaşdırılmasında əsas istiqamət infrastrukturla bağlı olmalıdır: “Etiraf etmək lazımdır ki, hələ də regionlarda infrastruktur tam şəkildə iqtisadiyyatın dayanıqlılığına şərait yaratmır. Bu, ilk növbədə bank kreditlərinin lazımi səviyyədə ölkə iqtisadiyyatının inkişafına investisiya istiqamətləndirməməyi ilə bağlıdır. Ona görə də təsadüfi deyil ki, dövlət başçısı bank sektoruna ciddi iradlarını bildirdi. Bu sektor faktiki olaraq ölkə iqtisadiyyatının maliyyələşməsindən, investisiyaların istiqamətlənməsindən əhəmiyyətli dərəcədə geri çəkilib. Bu da iqtisadiyyatın dayanıqlığı nöqteyi-nəzərdən problemlər yaradır. Çünki xarici investisiyalar tam şəkildə ölkə iqtisadiyyatının investisiyalara tələbatını ödəyə bilməz. Xarici investisiyalar birinci növbədə investorların maraqlarına xidmət edir. Bizə daxili investisiya resursları, daxili kreditləşmə institutları lazımdır”.
E.Məmmədov həyata keçirilən proqramların regionların inkişafına təsirindən də danışıb: “Məqsəd və hədəf ondan ibarətdir ki, Azərbaycanda regional nöqteyi-nəzərdən tarazlı iqtisadi model qurulsun. Regionların inkişafı eyni səviyyədə getmir və Bakıya nisbətən bir qədər geriləmə mövcuddur. Əsas işgüzar fəallığın paytaxtda olduğunu görmək mümkündür. İnvestisiyaların da 70 faizə yaxını Bakıda cəmləşib. Ona görə də regionların sosial-iqtisadi inkişafı proqramı həm investisiyaların regionlara doğru artmasına şərait yaratmalıdır, həm də sosial məsələlərin həllinə istiqamətləndirilməlidir. Buraya kiçik və orta sahibkarlığın inkişafı, kredit resurslarına çıxış imkanları və s. daxildir”.
Tağı Həsənov
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu


























