Nida Təhlil
Azərbaycan Ordusu 24 saata bütün Ermənistanı tutacaq və türklər... - Deputatdan ŞOK AÇIQLAMA/ÖZƏL
“Azərbaycan Ordusu 24 saat içində bütün Ermənistanı ələ keçirə bilər”.
Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbulun TBMM-dəki millət vəkili Şamil Ayrım Publika.az-a özəl açıqlamasında deyib.

Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına baxış bucağı barədə danışan millət vəkili bildirib ki, müharibə, hərb ən son çıxış yolu ola bilər: “Vətəndaşlarımızın burnunun belə qanamasını istəmirik. Müharibəni ağlımızdan belə keçirmirik. Çünki bugünkü savaşlar masa başında qazanılıb. Problemin diplomatik yolla həll edilməsi vacibdir. Çünki regionda balanslaşma var. Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətləri yaxşıdır. Eyni zamanda, Rusiya Ermənistanın daxili məsələlərinə, təhlükəsizliyinə, elektrik enerjisinə belə nəzarət edir. Ona görə Qarabağ həssas məsələdir. Amma şərtlər dəyişərsə, türk millətinin qarşısını kəsə bilməzsiniz. Bu fərqli bir şeydir. Qarabağ münaqişəsi başlandığı zaman könüllü şəkildə gələn minlərlə insan var idi. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri heç bir iki ölkə arasında olmayan əlaqədir. Borcumuz bu münasibətlərə kölgə salacaq xainlərə qarşı savaşmaqdır. Bu ortamı itirməməliyik. Yaşadığımız coğrafiyada bizə yuxu yoxdur”.
Zümrüd
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)




.jpg)





















.jpg)
.jpg)

