Nida Təhlil
Müşahidəçilərin müsbət rəyi şəffaflıq göstəricisidir - Əliməmməd Nuriyev
“Reallıq ondan ibarətdir ki, bu seçki özündə həm texniki, həm də müşahidəçilik, şəffaflıq kimi amilləri ehtiva edən bir proses oldu”.
Bunu seçki prosesini təhlil edən "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Publika.az-a açıqlamasında bildirib.
Hüquqşünas seçkini qiymətləndirmək üçün bütün mərhələləri nəzərdən keçirməyin vacibliyindən danışıb: “Yalnız səsvermə gününü qiymətləndirsək, düzgün olmaz. Seçkiqabağı mühit, namizədlərin qeydə alınması, seçki kampaniyası və ən sonda isə səsvermə. Seçkilərin keçirilməsinin əsas səbəbi parlamentin mövcud islahatlara yetərincə dəstək verməməsi idi. Nəzərə alsaq ki, Prezident Administrasiyasında, məhkəmə hüquq sistemində və digər qurumlarda struktur islahatları gedirdi, bu, qanunverici hakimiyyəti də əhatə etməli idi. Bu baxımdan cənab Prezident də məhz parlamentin buraxılması və yeni qanunverici orqanın formalaşdırılmasına islahatların tərkib hissəsi kimi baxır”.
Fond rəhbəri bildirib ki, seçkilər təşkilati baxımdan yüksək səviyyədə idi: “Demək olar ki, bütün namizədlər qeydə alınmışdı. Yalnız bir neçə namizəd qeydə alınmadı. Bunun da əsaslı səbəbləri var idi. Onlar öz əmlakları haqqında doğru məlumat verməmişdilər. İki nəfərin isə ikili vətəndaşlığı olduğu üçün namizədlikləri ləğv olundu. 2000-dən artıq şəxsin namizədliyi qeydə alınmışdı. Bu həm də rəqabətliliyin göstəricisi idi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) da bunu öz rəyində qeyd etdi. Eyni zamanda biz təbliğat-təşviqat kampaniyalarında maraqlı situasiyalarla tanış olduq: həm yeni texnologiyaların tətbiqi imkanlarını gördük, həm də namizədlərin kütləvi şəkildə seçicilərin qapısına getdiyini gördük. Bu, çox vacib məqamdır. Ölkə başçısı qeyd edib ki, namizəd seçici ilə birbaşa dairədə işləməlidir, əlaqədə olmalıdır. Namizəd problemləri görməli, bilməli və qaldırmalıdır. Müsbət məqamlardan biri də odur ki, Azərbaycan seçicisinin tələbkarlığını gördük”.
Ə.Nuriyev beynəlxalq təşkilatların seçki prosesini qiymətləndirməsi barədə isə bunları qeyd edib: “DTİHB müşahidəçilərin hər hansı maneə olmadan seçki prosesini izləmək imkanına malik olduqlarını vurğuladı. Beynəlxalq müşahidəçilər mətbuat konfranslarında bunu təsdiqlədi. Müşahidəçilərin sayının çoxluğu və sonda müsbət qənaətə gəlmələri şəffaflıq prosesinin göstəricisidir. Səsvermə günü xırda xoşagəlməz hallar oldu, ancaq oxşar situasiya Avropa ölkələrində də baş verir. Mərkəzi Seçki Komissiyasının bu fikrini də məmnunluqla qarşıladım ki, bütün xoşagəlməz halların video formatda göndərilməsini xahiş etdi. Yəni, o hallar ciddi araşdırılacaq. Bu, təqdirəlayiqdir. Bundan əlavə, bir çox gəncin seçilməsi də müsbət haldır. Onların potensialının bir qədər yaşlı nəslin təcrübəsi ilə tandem təşkil etməsi də uğurlu nəticələr ortaya qoyacaq. Reallıq ondan ibarətdir ki, bu seçki özündə həm texniki, həm də müşahidəçilik, şəffaflıq kimi amilləri ehtiva edən bir proses oldu”.
Məhərrəm Əliyev
-
İdman23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?