Nida Təhlil
Türkiyə-Rusiya müharibəsi başlaya bilərmi? - Toğrul İsmayıl AÇIQLADI
"Türkiyə və Rusiyanın qarşı-qarşıya gəlmə ehtimalı aşağıdır".
Bunu Publika.az-a açıqlamasında İdlib ətrafında baş verənləri şərh edən politoloq, professor Toğrul İsmayıl deyib.
.jpg)
Politoloq bildirib ki, Türkiyənin əsas məqsədi Soçi memorandumundakı şərtlərin yerinə yetirilməsinə nail olmaqdır: "Bir neçə vaxtdır Əsəd rejimi qüvvələri İdlibi bombalayır. İlk dalğada 13 türk əsgəri şəhid oldu, bir neçəsi yaralandı. Təbii ki, Türkiyə baş verənlərlə bağlı bir sıra mesajlar verdi. Bu mesajlardan başlıca olaraq Əsəd rejiminin geri çəkilməsi, sivil xalqa qarşı hücumları dayandırması ilə bağlı olanları deyə bilərik. Bundan əlavə, Türkiyəni yeni köç dalğası gözləyə bilər. Soçi memorandumu burada həlledici razılaşma kimi önə çıxmalıdır. Türkiyənin İdlibdə 12 müşahidə məntəqəsi var və onlardan hücumların qarşısını almaq üçün istifadə edir. Əsəd rejimi şərtləri reallaşdırmayacağı təqdirdə Türkiyənin bəzi əməliyyatları həyata keçirəcəyi qaçılmazdır. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və İrana açıq mesajlar ötürüb. O, son açıqlamasında bildirdi ki, İdlibdə hava məkanından artıq dinc sakinləri rahat vura bilməyəcəklər. Məlumdur ki, İdlibdə hava məkanına Rusiya nəzarət edir. Türkiyə bu açıqlama ilə bir növ demək istəyir ki, hava məkanına artıq onlar da hakim olacaq və Rusiya təyyarələrini bloklayacaqlar. Bu, ciddi mesajdır. İdlib maraqların kəsişdiyi məkandır. Türkiyə bu sərt açıqlamalardan sonra düşünmürəm ki, geri çəkilsin. Çünki artıq ən son hədd və mərhələdir. Geri addım atmaq Türkiyənin həm siyasi nüfuzuna, həm də bölgədəki mövqeyinə zərər vura bilər. Lakin İdliblə bağlı Türkiyə və Rusiyanın qarşı-qarşıya gəlmə ehtimalı aşağıdır. Əks halda çox ciddi layihələri və müqavilələri təhlükə altına atmış olarlar. Xüsusilə, iqtisadi sıxıntılarla mübarizə aparan Rusiya üçün bu əlverişli deyil. Həmçinin Türkiyə tərəfi də müəyyən iqtisadi zərbələr almaq istəməz. Hesab edirəm ki, tərəflər razılığa gələcək".
T.İsmayıl İdlibin Sərakib bölgəsində baş verən toqquşmalara da münasibət bildirib: "Rusiyanın hava dəstəyini alan Əsəd rejimi qüvvələri Sərakibin şimal-qərbindəki Kaminas bölgəsinə doğru irəliləmək üçün tank və toplarla hücuma keçdi. Türkiyə Silahlı Qüvvələrinin 7 nömrəli müşahidə məntəqəsi rejim qüvvələri tərəfindən ələ keçirildi. Türkiyə hərbçiləri Kaminas bölgəsində müvəqqəti post yaradıb. Əsəd rejiminin Kaminasa getməyinin qarşısını almaq üçün Türkiyə ordusu tanklardan, toplardan və raketlərdən cavab atəşi reallaşdırdı. Hazırda Türkiyə ordusu və Əsəd rejimi arasında tank atışmaları müşahidə edilir. Rejim təyyarələri və pilotsuz uçuş aparatları bölgədə uçuş həyata keçirir".
Məhərrəm Əliyev
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)















.jpg)



.jpg)

