Nida Təhlil
Bu səfər yeni hədəflərin müəyyənləşdirilməsi ilə yadda qaldı - Politoloq
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci Toplantısı” iki ölkə arasında bütün sahələrdə strateji münasibətləri tənzimləyir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri yeni hədəflərin müəyyənləşdirilməsi ilə yadda qaldı: “Məsələn, nəzərdə tutulur ki, ticarət dövriyyəsi 15 milyard dollara çatdırılsın. Hazırda bu göstərici 4,5 milyard dollar təşkil edir. Yəni ən azından 3 dəfə artırılması hədəf seçilib.
Hərbi sahədə əməkdaşlığa da çox böyük diqqət yetiriləcək. Azərbaycanda hərbi sənaye kompleksinin daha da təkmilləşdirilməsi istiqamətində Türkiyə hər cür dəstəyi göstərəcək. Ölkəmizə yeni silah növləri satılacaq. Bəzi silah növlərinin isə birgə istehsalı tətbiq olunacaq. Bu tədbirlər müasir hava hücumundan müdafiə sistemlərinin yaradılmasından tutmuş, hərbi hava qüvvələrinin birgə fəaliyyəti, təlimi və müdafiəsi ilə bağlıdır. Bu barədə ilk dəfə idi ki, hər iki ölkənin müdafiə naziri hərbi saziş imzaladı. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətini fokuslama cəhdlərinin əlamətləri də artıq özünü göstərir”.
Məhərrəm Əliyev
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)








.jpg)

















.jpg)
.jpg)

