Türkiyə əsgərlərinə İran hücum edib? - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Türkiyə əsgərlərinə İran hücum edib? - AÇIQLAMA

“Hesab edirəm ki, Rusiya və Türkiyə diplomatik yolla məsələyə həll tapacaq”.

Bunu Publika.az-a açıqlamasında politoloq Əhməd Əlili deyib.

Politoloq bildirib ki, Suriyadakı proseslərin pik mərhələsi hələ ki, müşahidə edilmir: “Türkiyə irimiqyaslı addımlar atmaq istəyir. Bundan sonra artıq bəlli olacaq ki, dünənki hücum İran, yoxsa Rusiya tərəfindən reallaşdırılıb. Mövqelərə gəldikdə isə Rusiya elan edir ki, Türkiyə qoşunlarına qarşı heç bir əməliyyat keçirməyib. Kreml işarə vermək istəyir ki, orada Suriya və Bəşər Əsədə tabe olan qoşunlar var. Yəni onlar icra edirlər və buna görə də cavabdehlik daşımalıdırlar. Nəzərə almalıyıq ki, son günlərə qədər Suriyada aviasiya üstünlüyü Rusiya Silahlı Qüvvələrinə məxsus idi. Türk ordusuna hücumun İran tərəfindən təşkil olunduğuna inanmıram. İran Qasım Süleymaninin ölümündən sonra daha çox gözləmə mövqeyindədir və ABŞ-da keçiriləcək seçkiləri gözləyir. Seçkinin nəticələrindən asılı olaraq bu və ya digər formada əlavə addımlar ata bilər. İran bilir ki, aktivlik göstərsə, ABŞ və İsrail tərəfindən çox sərt cəzalandırıla bilər. Bu ölkələr İrana qarşı demək olar ki, koalisiya qurub. Trampın son dönəmlərdə İsrailə səfəri, sülh planını açıqlaması və onun maraqlarına cavab verən addımlar atması bunu əyani şəkildə göstərir. Vaxtilə İsrail Obama administrasiyasından İrana hücum etməsini tələb edirdi. Tramp administrasiyası da İsrailin İrana hücum etməklə bağlı təkliflərini nəzərdən keçirir və buna hazırdır. Bu baxımdan rəsmi Tehran ABŞ-ı qıcıqlandıracaq hər hansı addım atmağa meyilli deyil.

Əvvəlki illərdə də Türkiyə və Rusiya münasibətlərində gərginlik müşahidə edilirdi. Hesab edirəm ki, bir müddət sonra Rusiya və Türkiyə diplomatik yolla məsələyə həll tapa biləcək”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm