Nida Təhlil
İlham Əliyev həmişə cəsarətli addımlar atıb - ŞƏRH
“Koronavirusla bağlı təhlükənin olduğu bir vaxtda ölkə başçısının regionlara səfəri müsbət addımdır”.
Bunu Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.
Partiya sədri bildirib ki, ölkə başçısının rayonların inkişafını daim diqqətdə saxlaması və mütəmadi səfərləri müsbət haldır: “Xüsusilə, “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi əhalinin tələbatının ödənilməsi baxımından çox vacib addımdır. Bundan əlavə, yeni yolların təmiri prosesinə dövlət başçısının şahidlik etməsi hansı sahəyə zəruri vəsaitin ayrılmasının vacib olduğunu bilməsi baxımından olduqca önəmlidir. Koronavirus təhlükəsi ilə bağlı heç bir ölkə başçısı regionlara səfər etmədiyi vaxtda, İlham Əliyevin birbaşa regionlara gedib əhalinin problemləri ilə maraqlanması, yeni sosial və iqtisadi xarakterli müəssisələrin açılışında iştirakı əlbəttə ki, təqdirəlayiqdir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının açılması işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımdır. Hesab edirəm ki, ölkə başçısı bu istiqamətdə həmişə cəsarətli addımlar atıb. Bütövlükdə infrastruktur yüksək səviyyədə qurulub. Prezident İlham Əliyevin atdığı addımlar əvəzsizdir. Elə bir bölgə yoxdur ki, orada əl çatmayan xidmət sektoru olsun”.
Fazil Mustafa səhiyyə infrastrukturu ilə bağlı vəziyyətə də toxunub: “Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Əsas hədəflərdən biri savadlı kadrlarla təmin olunma prosesidir. Koronavirusla mübarizədə Səhiyyə Nazirliyi tərəfindən atılan addımlar diqqətəlayiqdir. Virusla bağlı əhalinin maariflənməsi əsas məsələdir. Vətəndaşların müvafiq qurumlara dəstəyi sayəsində təhlükə tez sovuşa bilər”.
Məhərrəm Əliyev
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


