Nida Təhlil
Operativ önləyici tədbirlər səmərəli nəticə verəcək - Deputat
OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bunun səbəbi hər şeydən öncə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və şaxələndirilmiş olması eyni zamanda bu cür ekstremal vəziyyətlərə qarşı immunitetinin olmasıdır: "Bilirik ki, zaman-zaman qlobal iqtisadi münasibətlərə süni siyasi müdaxilə olur və bu iqtisadi proseslərə mənfi təsir göstərir. Biz eyni iqtisadi əsaslarda olmasa da iqtisadiyata süni siyasi müdaxilənin bənzər formasına 2014-cü ildə də rast gəlmişik və bu vəziyyətdə görülən preventiv tədbirlər nəticəsində iqtisadiyyatımızın qısa müddətdə dayanıqlı inkişaf yoluna qədəm qoyduğuna şahid olmuşuq. Elə indi də neftin qiymətinin kəskin aşağı düşməsi fonunda ölkəmizdə yenə operativ önləyici tədbirlərin görülməsi öz səmərəli nəticələrini verəcək.
Artıq OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan hökuməti operativ müzakirələr aparıb və neqativ iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planları hazırlayıb. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsi, ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə hazır olması, iqtisadi inkişafın davamlılığı, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikasının davam etməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılılması, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, neftdən asılı olmayan sektorlarda iqtisadi inkişafın xüsusi çəkisinin artması milli iqtisadiyyatımızın immunitetini formalaşdıran əsas iqtisadi faktorlar kimi çıxış edir və iqtisadiyyatımızı bu cür risklərdən qoruyur. Ona görə də ciddi narahatlığa elə bir əsas yoxdur və nəzərdə tutulan bütün layihələrin xüsusilə də sosial layihələrin həyata keçirilməsində problemin olması proqnozlaşdırılmır".
Tağı Həsənov
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu



























