Nida Təhlil
Bu, əhalinin sosial rifahının yüksəldilməsinə yönələn siyasətdir - ŞƏRH
Pandemiya ilə bağlı tədbirlərin gücləndirilməsi, bu xəstəliklə əlaqədar xərclərin artması neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ilə üst-üstə düşdü. Belə olan halda iqtisadiyyatda kifayət qədər mürəkkəb vəziyyət yarandı.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.
İqtisadçı bildirib ki, koronavirus Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib: "Xəstəliklə əlaqədar neftin qiymətinin kəskin şəkildə ucuzlaşması iqtisadiyyatda kifayət qədər mürəkkəb vəziyyət yaratdı. Proseslərin ölkə iqtisadiyyatına ciddi mənfi təsirinin olmaması üçün Azərbaycan Prezidenti tərəfindən 4 istiqamət üzrə işçi qruplar yaradıldı. İşçi qruplarının başlıca məqsədi mənfi fəsadların maksimum dərəcədə yumşaldılması və iqtisadiyyatın dayanıqlılığının təmin olunmasından ibarətdir. Addımın bir istiqaməti sosial bloka aiddir. Çünki sosial gərginliyin olmamasına yönəldilən tədbirlər zəruridir. Bu, bir tərəfdən də ölkə əhalisinin geniş təbəqəsinin sosial rifahının yüksəldilməsinə və ən azından zəifləmələrin olmamasına yönələn siyasətdir. Unutmayaq ki, illər ərzində ölkədə sosial paket reallaşdırılmışdı. Paketin effektinin itirilməməsi üçün əhalinin geniş təbəqələrinə sosial dəstək göstərmək önəmlidir. Bu dəstək birdəfəlik ödənişlərdə özünü əks etdirə bilər. Eyni zamanda, yeni iş yerlərinin hazırkı şəraitdə açılması sosial baxımdan olduqca vacibdir. Sosial ödənişlərin yüksəldilməsi ilə daxili bazarın genişləndirilməsinə şərait yarada bilərik. Bu da işgüzar fəallığa müsbət təsir göstərə bilər".
Elşad Məmmədov qeyd edib ki, bank sektoru ilə bağlı əsas istiqamət valyuta bazarında sabitliyin qorunmasıdır: "Bu, ölkənin makroiqtisadi sabitliyi üçün əhəmiyyətlidir. Kreditlərlə bağlı güzəştlərin verilməsi də zəruri məsələdir. Eyni zamanda bank sektorunun dayanıqlılığının təmin olunması və bu işlərin reallaşdırılması üçün yeni yanaşma tələb olunur. Çünki bu prosesdə pul kütləsi artacaq və bu kütlə düzgün idarə olunmalıdır ki, o valyuta bazarına axmasın, iqtisadiyyatda qeyri-sabitlik artmasın. Bunlarla yanaşı, maliyyə və büdcə sabitliyi, eləcə də vergi siyasəti olduqca önəmlidir. Bilirik ki, büdcəmiz 2020-ci il üçün kifayət qədər irihəcmli büdcə idi. İndiki halda gəlirlərin azalmasının büdcənin icrasına təsirləri ola bilər. Büdcənin əsas parametrlərinin icrasına mütləq nail olmalıyıq. Bir sözlə, bu məsələlər iqtisadi vəziyyətdən sistemli və kompleksli çıxış yollarının araşdırılmasını tələb edir. Məqsəd ondan ibarətdir ki, sosial gərginlik artmasın, iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin".
Tağı Həsənov
-
Səhiyyə08:00
Xərçənglə bağlı DƏHŞƏTLİ FAKTLAR
-
Gözəllik07:47
Qırışlara qarşı 8 əsas məhsul - Dəri gəncliyinin SİRRİ AÇILDI
-
Sosial07:17
Bu gün qar yağacaq - PROQNOZ
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi - FOTO/VİDEO
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO
-
Sosial02:42
"Temu"dan şikayət DURMADAN ARTIR - Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO