Nida Təhlil
Postkoronavirus dövrünə hazırlıq davam edir - Ruslan Atakişiyev
"Vergi sahəsində olan islahatların hamısı ona hesablanıb ki, sahibkarlıq subyektləri fəaliyyətlərini davam etdirsinlər və postkoronavirus dövrünə hazır olsunlar".
Bunu Publika.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.
İqtisadçı yeni vergi güzəştlərinin və tətillərin əhəmiyyətini belə vurğulayıb: "Koronavirus pandemiyası çərçivəsində dəyən zərərlərin minimuma endirilməsi ilə bağlı olaraq ilk növbədə əmlak və torpaq vergisi ilə bağlı güzəşti görürük. Xüsusilə mehmanxanalar, hotellər, hostellər, yeməkxanalar, kafelər, təhsil ocaqları, ixtisasartırma kursları və digər sahələrdə. Bəzilərinin özəl əmlakı var. Binaları, yaxud da torpaq sahələri var. Ona görə də onlar bir illik əmlak vergisindən azad olunurlar. Bu nə deməkdir? Məsələn, bir müəssisə 100 min manata bina alıb və orada yerləşib. Onun son qalığı tapılıb və ildən ilə aldığı mənzilin qiyməti düşür. Deyək ki, bu son qalığın dəyəri 70 min manata gəlib çatıb. Bunun 1 faizi üçün il ərzində 700 manat pul ödəməlidir.
Bütün sahibkarlıq subyektləri biznes fəaliyyəti göstərəndə onların iki cür xərci olur: sabit və dəyişən xərclər. Sabit xərclərə əmlaklarla bağlı vergi, əmlakın qorunması ilə əlaqədar mühafizə xidməti, mövcud əmlak sahəsi ilə bağlı iş getməsə də kommunal xərclər aiddir. Sözügedən vergidən dövlətin onları bir illik azad etməkdə məqsədi həmin sahibkarlıq subyektlərinin fəaliyyətləri olmadığı müddətdə xərc çəkməmələridir. Yəni minimum dərəcədə xərcləri az olsun ki, karantin rejimi ləğv edildikdən sonra daha asan fəaliyyət göstərə bilsinlər.
Digər tərəfdən isə sahibkarlıq subyektlərinin icarəyə götürdükləri əmlakla bağlıdır. Fiziki şəxslərin əmlak vergisi 14 faizdən 7 faizə endirildi. Burada məsələ ondan ibarətdir ki, fiziki şəxslər öz ofisini icarəyə verəndə, onun vergisini də icarəyə götürən sahibkarın üzərinə atır. Məsələn, bir ofisin qiyməti 2 min manatdırsa, 4 min manata icarəyə verilir. Əslində əldə edilən 4 min manat qazanca görə 12 faiz vergi verilməlidir. Lakin fiziki şəxslər həmin 4 min manatı icarəyə verirlər və deyirlər bu pul mənim əlimə təmiz çatmır. 4 min manatın üzərinə gələn 14 faiz orta hesabla 6 minə yaxın pul edir. Burada da yük sahibkarın üzərinə düşür. Dövlət dolayı yolla sahibkarın xərc yükünü azaldır ki, icarəyə götürdüyü yerlə bağlı xərcləri az olsun".
Məhərrəm Əliyev
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO