Nida Təhlil
"Bu addımlar dövlət qayğısının təzahürüdür" - ŞƏRH
"Vergi güzəştlərinin tətbiqi sistemli həyata keçirilir və bu addımlar dövlət qayğısının təzahürüdür".
Bunu Publika.az-a açıqlamasında iqtisadçı Radil Fətullayev deyib.
O Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının əhəmiyyətini belə şərh edib: "Bu tədbirlər postkoronavirus dövrünə hazırlığın əsas meyarıdır. Pandemiya ilə bağlı nəzərdə tutulan tədbirləri 4 qrupa ayırmaq olar. İlkin olaraq mikro sahibkarlıq subyektlərini əhatə edən vergi güzəştlərini qeyd etməliyik. Digər sıralarda kiçik və orta sahibkarlar, bütün sahibkarlar və əhalini nəzərdə tutan istiqamətlər gəlir. Pandemiyadan tamamilə zərər çəkmiş mikro sahibkarlıq subyektlərinin 2019-cu ildə ödədikləri vergini 100% dövlət əlavə olaraq onlara geri qaytarıb. Bu, minimum 250, maksimum isə 5 min manat oldu. Mikro sahibkarlıq subyekti sadələşdirilmiş vergi ödəyicisidirsə, 2020-ci ildə 1 il müddətinə sadələşdirilmiş vergini 2 yox 1% ödəyəcək.
Mənfəət vergisi ödəyən mikro sahibkarların isə cari vergini ödəmək yükü aradan qalxır. Yəni onlar bir il müddətinə vergi ödəməyəcəklər. Əvvəllər belə idi ki, ildə 4 dəfə avans mənfəət vergisi ödəməsi aparmalı idilər. Artıq onu etməyəcəklər. Bəzi mikro sahibkarlıq subyektləri var ki, onlara işçilərlə bağlı müəyyən güzəştlər ediləcək. Onlar işçilərinin əmək haqqının keçən ay və gələn ayın yarım miqdarını əldə edəcəklər. Rəsmi əmək haqqı nə qədərdirsə, həmin məbləğ bərpa oluna bilir. Orta və iri sahibkarlıq subyektləri isə 1 il ərzində mənfəət vergisini ödəməyəcəklər. Eyni zamanda keçən ildən qalan borclarını da sentyabrın 1-nə qədər ödəmə müddətinin vaxtı uzadılmışdı. Bu artıq hesablanmayacaq. Əgər hansısa sahibkar pandemiya ilə bağlı yardım edib və ya xərc çəkibsə, o xərclərin hamısını gəlirdən limitsiz olaraq çıxa biləcək. Bundan əlavə, sosial sığorta yükünü vurğulamaq istəyirəm. Belə ki, xüsusilə fərdi sahibkarların çox hissəsinin sosial sığorta yükündən 1 il müddətinə azad edilməsi nəzərdə tutulub".
Məhərrəm Əliyev
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





