Nida Təhlil
Sahibkarların sosial məsuliyyət hissi dərinləşir - Aydın Quliyev
"İmkansız insanlara yardım göstərən sahibkarlara dövlət qayğı göstərərək birlik nümayiş etdirir".
Bunu Publika.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycan vergi güzəştləri mövzusunda təxirəsalınmaz addımları hər zaman vacib hesab edib: "Ümumiyyətlə koronavirus pandemiyası dövründə ölkədə həyata keçirilən sosial dəstək və sosial müdafiə layihələri xüsusi söhbətin mövzusudur. Başqa ölkələrdə belə layihələr müəyyən hallarda təxirə salındığı və ya ixtisar olunduğu halda Azərbaycanda hər hansı ixtisardan, təxirəsalmadan söhbət gedə bilməz. Əksinə, sosial dəstək layihələrinin sayı, çeşidi günü-gündən artırılır. O cümlədən də imkansız ailələrə yardım göstərən sahibkarlara müəyyən güzəştlərin, xüsusilə vergi sahəsində güzəştlərin edilməsi olduqca əhəmiyyətlidir. Sahibkarlar kateqoriyasına sosial dəstək, sosial himayə istiqamətində göstərilən tədbirlər saysız-hesabsızdır. Bunların sahibkarlıq mühitində aktivliyin zəifləməsinin qarşısının alınmasında böyük əhəmiyyəti var. Eyni zamanda dolayı yanaşsaq, ölkəmizdə həm də böyük sosial həmrəylik proseslərinin dərinləşməsinə xidmət edir.
Əhalinin ehtiyacı olan təbəqələrinə yardım göstərən sahibkarlara dövlətin himayə addımlarını gücləndirməsi bir tərəfdən ölkədə həmrəyliyin dərinləşməsinə kömək edir, digər tərəfdən isə sahibkarların sosial məsuliyyət hissinin daha da dərinləşməsinə öz müsbət təsirini göstərir. Onların humanist fəaliyyətlə məşğul olması təqdirəlayiqdir. Aztəminatlı insanlara dövlətin qayğısı ilə bərabər sahibkarların da qayğısı önəmli və vacib məqamdır. Eyni zamanda dövlət imkansız insanlara yardım göstərən sahibkarlara da qayğı göstərərək birlik nümayiş etdirir. Bunlar çox əhəmiyyətli və bir-birini tamamlayan kompleks tədbirlərdir".
Məhərrəm Əliyev
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
